Son Xəbərlər:
Azərbaycan QMƏVŞAİB-in Sabunçu filialının illik hesabat yığıncağı keçirilmişdir

Azərbaycan QMƏVŞAİB-in Sabunçu filialının illik hesabat yığıncağı keçirilmişdir

29 noyabr 2019-cu il tarixdə Sabunçu rayonunda illik hesabat yığıncağı keçirilmişdir. Tədbirdə Azərbaycan QMƏVŞAİB-in sədri Mehdi Mehdiyev, SHXÇDX-nin Sabunçu rayon idarəsi, DSMF-in Sabunçu rayon şöbəsi, rayonda fəaliyyət göstərən digər QHT nümayəndələri və 45 nəfər Qarabağ əlili, şəhid ailəsi, veteranlar iştirak etmişlər.

Dövlət himni səslənmiş, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan ictimai birliyin Sabunçu rayon filialının sədri Zülfüqar Cəfərov illik fəaliyyət haqqında geniş məruzə etmişdir. Məruzədən sonra tədbir iştirakçıları filialın gördüyü işlərə qiymət vermişlər. Yekdilliklə filialın il ərzindəki fəaliyyəti qənaətbəxş hesab edilmişdir. Sonra söz Azərbaycan QMƏVŞAİB-in sədri Mehdi Mehdiyevə verilmişdir. M.Mehdiyev təşkilatın yaranmasından,19 ildə gördüyü işlərdən danışmış,məqsədlərinin əsasən dövlətçilik və vətənpərvərlik olduğunu xüsusi vurğulamışdır. Bu illər ərzində təşkilatın nüfuzu daha da artmış, üzvlərin sayı çoxalmış və fəaliyyət dairəsi genişlənmişdir. Qeyd olunmuşdur ki, Sabunçu rayon filialı digər rayonlarla müqayisədə daim yaxşı mənada fərqlənmiş, keçən ilin nəticələrinə görə ilk onluqda olmuşdur. Sonra söz digər iştirakçılara verilmişdir. Ehtiyyatda olan polkovnik Hikmət Ağayev, SHXÇDX-in əməkdaşı Namiq Orucov və başqaları təşkilatın işinə uğurlar arzulamışlar. Tədbir Bakı sosial-iqtisadi kollecin akt zalında keçirildiyindən, tələbələr iştirakçılara vətənpərvərlik ruhlu bir neçə şeir və mahnı təqdim etmişlər.

Tədbirin sonunda ictimai birliyin il ərzində fərqlənən üzvlərinə medal və fəxri fərmanlar verilmişdir.

Yığıncaq iştirakçıları xatirə şəkilləri çəkdirmişlər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок