Son Xəbərlər:
Azərbaycan QMƏVŞAİB-in Qazax rayon filialının sədri Məmmədov Kamandar Səlim oğlu vəfat etmişdir

Azərbaycan QMƏVŞAİB-in Qazax rayon filialının sədri Məmmədov Kamandar Səlim oğlu vəfat etmişdir

1970-ci il oktyabrın 8-i Qazax rayon Qızılhacılı kəndində anadan olmuş. 1991-ci ildən erməni işgalçı hərbi ordusuna qarşı Azərbaycan Respublikası torpaqlarının ərazi bütövlüyü uğrunda gedən döyüşlərin ilk könüllü şahinlərindən biri olmuş, Qazax könüllülər taborunun tərkibində vətənimizin dilbər güşəsi, füsunkar təbiəti, təmiz suyu, saf havası, gözəl aranı, sıx meşələri, dağı, yaylağı olan Əskipara dərəsində yerləşən Xeyrimli, Aşağı Əskipara, Yuxarı Əskipara, Quşcu Ayrım, Qızılhacıılı kəndləri uğrunda gedən döyüşlərdə fəal iştírak etmiş, odlu-alovlu, şanlı-şərəfli döyüş yolu keçmişdir. 15.05.1992-ci ildə óz doğulub boya-başa çatdığı, at belində ov ovladığı, suyunu içdiyi, havasını udduğu Qızılhacılı kəndi uğrunda gedən ağır döyüşdə düşmən gúlləsindən ağır yaralanmış, xəstəxanada müalicə aldıqdan sonra təkrar Ana Vətənini, millətini, qeyrətini, torpağını qorumaq üçün qeyrətli Vətən oğullarının yanına səngərə qayıtmışdır.

1994-cü il Kamandara komandanlıq tərəfindən kəşfiyyat xarakterli döyüş tapşırığı verildi. Düşmənin ağır texnikası məhv edilməli, səngərləri minalanmalıdır. Həmin gecə döyüş tapşırığını yerinə yetirib geri dönərkən Məmmədov Kamandar mina partlayışı nəticəsində ağır yaralanaraq ayağını itirmişdi.

Azərbaycan QMƏVŞAİB-in Qazax rayon filialının sədri idi.

Yerin cənnət olsun, İgid, Qeyrətli Vətən Oğlu.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок