Son Xəbərlər:
Azərbaycan QMƏVŞAİB-in Qaradağ rayon filialı və SHXÇDX-nin əməkdaşları şəhid ailələrini bayram münasibətilə təbrik etdilər

Azərbaycan QMƏVŞAİB-in Qaradağ rayon filialı və SHXÇDX-nin əməkdaşları şəhid ailələrini bayram münasibətilə təbrik etdilər

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çagırış üzrə Dövlət  Xidmətinin Qaradağ rayon şöbəsinin əməkdaşları Novruz bayramı ərəfəsində rayonda yaşayan bir qrup şəhid ailəsini ziyarət ediblər. Şəhid ailə üzvlərini təbrik edən şöbə rəisi  polkovnik-leytenant Vüqar Seyidov ölkə başçısı cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğının hamıya nümunə olduğunu bildirdi.

Görüşdə şəhid ailələrini maraqlandıran məsələlərlər ətrafında fikir mübadiləsi edildi və bu kimi görüşlərin davamlı olacağı vurğulandı.

Göstərilən diqqət və qayğıya görə  razılıq bildirildi. Azərbaycan QMƏVŞAİB-in Qaradağ rayon filialının sədri Maqsud Heydərov xidmət rəhbərliyinə mütəmadi olaraq müharibə statuslu insanlara diqqətlə yanaşdığına görə  ictimai birliyin üzvləri adından təşəkkür etdi. Hər bir ailəyə Xidmət tərəfindən bayram sovqatı verildi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок