Son Xəbərlər:
Ucqar kəndlərdə Qarabağ müharibəsi statusuna malik olan insanlarla görüş

Ucqar kəndlərdə Qarabağ müharibəsi statusuna malik olan insanlarla görüş

Azərbaycan QMƏVŞAİB-in Laçın rayon filialının rəhbər heyəti Novruz bayramı ilə əlaqədar Laçın rayonundan olan, ucqar kəndlərdə yaşayan məcburi köçkünlərlə görüş keçirmişlər.

Azərbaycan QMƏVŞAİB-in Laçın rayon filialının sədri Babək Aslanov və filialın fəal üzvləri Laçın rayonunun işğalı nəticəsində respublikanızın müxtəlif bölgələrində şəhid ailələri və Qarabağ müharibəsi əlillərini Novruz bayramı ilə əlaqədar ziyarət etmişlər. Belə ki, Qəbələ rayonunda şəhid Kərimov Əlinin, Qax rayonunun İbaxlı kəndində şəhid Vəlıyev Cəbrayılın, Şəki rayonunun Daşbulaq kəndində şəhid Verdiyev Cahidin ailələri və Mıngəçevir şəhərində I qrup Qarabağ müharibəsi əlili İsgəndərov Natiq ilə görüşmüşlər. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətdən, xüsusilə də Qarabağ müharibəsi statusuna malik olan insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində imzaladığı son sərəncamları bir daha vurğulamışlar. Hər ailəyə Novruz sovqatları təqdim edilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок