Son Xəbərlər:
Azərbaycan QMƏVŞAİB-in Laçın rayon filialının illik hesabat iclası keçirilmişdir

Azərbaycan QMƏVŞAİB-in Laçın rayon filialının illik hesabat iclası keçirilmişdir

Azərbaycan QMƏVŞAİB-in Laçın rayon filialının 2019-cu fəaliyyət ili üçün hesabat iclası keçirilmişdir.

İclasdan öncə filialın bir qrup üzvü Bakıdakı Şəhidlər Xiyabanını ziyarıt etmiş, Vətən uğrunda şəhid olanların xatirəsini yad etmişlər. Tədbir iştirakçıları şəhid məzarları önünə gül dəstələri düzmüş, onların ruhuna dualar oxunmuşdur.

İclasda hesabat məruzəsi ilə çıxış edən filialın sədri Babək Aslanov il ərzində görülən işlərdən danışmış, filialın üzvləri olan şəhid ailələrinin və əlillərin qarşılaşdırğı problemlərin qismən aradan qaldırıldığını söyləmiş, qarşıda duran məsələlərdən danışmışdır.

Daha sonra filialın sədr müavini və digər üzvlər də çıxış etmişlər. Çıxış edənlər filialın illik fəaliyyətinin qənaətbəxş olduğunu bildirmişlər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок