Son Xəbərlər:
Azərbaycan QMƏVŞAİB-in konfrans zalında Azərbaycan və Türkiyə qazilərinin görüşü keçirilmişdir

Azərbaycan QMƏVŞAİB-in konfrans zalında Azərbaycan və Türkiyə qazilərinin görüşü keçirilmişdir

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinnin konfrans zalında ictimai birliyin üzvləri ilə Türkiyə qazilərinin – Türkiyənin ehtiyatda olan bir qrup yüksək rütbəli zabitinin görüşü keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının və Türkiyə Respublikasının Dövlət Himnlərinin oxunması ilə başlandı.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli tədbiri açıq elan edərək qonaqları təqdim etdi.

Tədbiri giriş sözü ilə Azərbaycan QMƏVŞAİB-in sədri Mehdi Mehdiyev açaraq türkiyəli qonaqları və digər iştirakçıları salamladı. O öz çıxışında Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının bu iki ölkənin siyasi həyatında və dövlətçiliyinin möhkəmlənməsində böyük rol oynadığını, təcavüzkarlara qarşı Azərbaycan və Türkiyə əsgərlərinin həmişə bir-birinə möhkəm dayaq, arxa olduğunu söylədi.

Tədbirdə Türkiyə Ehtiyyatda olan Zabitlər Təşkilatının sədri, e.o. general-polkovnik Ərdoğan Karakuş, Türkiyə Müharibə Veteranları Təşkilatının sədri, e.o.polkovnik M.Şükrü Tandoğan, Türkiyə Müharibə Veteranları Təşkilatının İstanbul şöbəsinin sədri, e.o. polkovnik Ahmet Kendigel, e.o. polkovnik Rafet Yavuz, e.o. polkovnik A.İhsan Gönüldaş, e.o. polkovnik-leytenant Ömer Tutumlu, e.o. polkovnik A.İhsan Gönüldaşın eşi Ümit Gönüldaş, eləcə də Azərbaycan QMƏVŞAİB-in üzvləri və hərbçilər iştirak edirdilər.

Türkiyə Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-polkovniki Ərdoğan Karakuş çıxış edərək söylədi ki, tarix boyu Azərbaycan və Türkiyə arasında gözəl münasibətlər olub. “Biz eyni millətin iki dövlətiyik” – deyə türk zabiti vurğuladı: “Biz Türkiyə olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər zaman Azərbaycana dəstək verməyə hazırıq”.

Digər türkiyəli qonaqların çıxışları da iştirakçılar tərəfindən alqışlarla qarşılandı.

Azərbaycan QMƏVŞAİB Sumqayıt filialının sədri Tərlan Hacızadə öz çıxışında dedi: “Mən bu gün çox qürurluyam, ona görə ki, Türkiyəni sevirəm. İki yüz il Azərbaycan rus əsarətində olmuşdur, bunun 70 ilini Sovet İttifaqının tərkibində olmuşuq. Hər zaman türk dünyasının, Azərbaycanın əleyhinə gedən Rusiya qüvvələri milli hərbçilərin hazırlanmasına maraqlı deyildi. Qarabağ savaşı başlarkən  azəri türkləri öz torpaqlarını qorumağa qalxanda təkcə vətənpərvərlik yetərli deyildi, çünki hərbin taktikasını, strategiyasını bilmək vacib idi. Vaxtında ulu öndər tərəfindən atəşkəsin imzalanması ilə bu gün bizim regionda Azərbaycan ordusunun formalaşması üçün zəmin yarandı.

Aprel döyüşlərindəki qələbənin həmçinin psixoloji əhəmiyyəti də var idi; “məğlubedilməz düşmən ordusu” ideyası iflasa uğradı”.

Tədbirin sonunda Azərbaycan QMƏVŞAİB-in sədri Mehdi Mehdiyev ictimai birliyin adından türkiyəli qonaqlara tədbirdə iştirak etdiklərinə görə öz minnətdarlığını bildirdi, xatirə hədiyyələri və suvenirlər təqdim etdi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок