Son Xəbərlər:
Azərbaycan QMƏVŞAİB-in konfrans zalında 26 İyun – Silalı Qüvvələr günü münasibətilə tədbir keçirilmişdir

Azərbaycan QMƏVŞAİB-in konfrans zalında 26 İyun – Silalı Qüvvələr günü münasibətilə tədbir keçirilmişdir

2019-cu ili iyunun 25-i Azərbaycan QMƏVŞAİB-in konfrans zalında 26 İyun – Azərbaycan Respublikasının Silalı Qüvvələr günü münasibətilə Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti və bir qrup şəhid ailəsi ilə görüş keçirilmişdir.

Görüşü Azərbaycan QMƏVŞAİB-in sədri cənab Mehdi Mehdiyev açaraq qonaqları Mİlli Ordumuzun yaranmasının 101-ci ildönümü münasibətilə təbrik etmiş, yaxın gələcəkdə Vətən torpaqıarının düşmən tapdağından tamamilə azad olunacağına əmin olduğunu bildirmişdir.

Daha sonra söz general-mayor Rasim Əliyevə verildi. Cənab general-mayor iştirakçıları Mİlli Ordu günü münasibətilə təbrik etdikdən sonra şəhid ailələrinin problemlərinin daim dövlət nəzarətində olduğunu xatırlatdı. O, bəzi məmurların insanlarla, xüsusən şəhid aiələrinin nümayəndələri ilə vəzifə etikasından kənar davranışlarını da qeyd edərək, belə halların yolverilməz olduğunu, hörmətli prezidentimiz cənab İlham Əliyevin bu məsələ ilə bağlı dəfələrlə bəzi məmurlara irad tutduğunu bildirdi. Çıxışının sonunda Azərbaycan Respublikasının müdafiə naziri cənab Zakir Həsənovun adından tədbirdə iştirak edən şəhid ailələrini təbrik etdi. Onlara bayram hədiyyələri təqdim edildi.

Tədbirdə həmçinin şəhid ailələrinin qarşılaşdığı bəzi problemlər də müzakirə olundu.

Tədbirin sonunda xatirə şəkli çəkdirildi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок