HomeBütün XəbərlərAzərbaycan QMƏVŞAİB-in Binəqədi rayon filialının hesabat iclası keçirilmişdir

Azərbaycan QMƏVŞAİB-in Binəqədi rayon filialının hesabat iclası keçirilmişdir

Azərbaycan QMƏVŞAİB-in Binəqədi rayon filialının hesabat iclası keçirilmişdir

Hesabatdan əvvəl bir qrup qazi aprel şəhidimiz, xüsusi təyinatlı Emin Bağırovun Binəqədi kəndində yerləşən məzarını ziyarət etmiş, Biləcəri qəsəbəsində yerləşən Milli qəhrəmanlar parkında qəhrəmanların büstü önünə çiçəklər qoymuşdur.  Daha sonra Binəqədi rayon Icra Hakimiyyətinin parkında yerləşən ulu öndər Heydər Əliyevin büstü önünə tər çiçəklər düzülmüşdür.

Hesabatda qonaq qismində iştirak edən Binəqədi rayon Icra Hakimiyyətinin Ictimai-siyasi şöbəsinin müdir müavini Şəmsi müəllim, rayon icra hakimiyyəti yanında ictimai şuarının sədri Aslan müəllim, ictimai birliyin sədr müavini Əlisəfa Quliyev, 20 Yanvar, Xocalı Soyqrımı, Şəhid anaları, Milli Qəhrəmanlar birliyi, Əfqan Döyüşçüləri cəmiyyətinin, Mərhəmət cəmiyyətinin rayon şöbələrinin sədrləri iştirak etmişlər.

Yüksək səviyyədə keçən iclas qənaətbəxş sayılmışdır. Hesabatda iştirak edən Binəqədi rayon Icra Hakimiyyətinin nümayəndəsi, baş idarənin nümayəndəsi, ictimai şuranın sədri, eləcə də şəhid və qazi ailələri Binəqədi filialının illik fəaliyyətini yüksək səviyyədə qiymətləndirmişlər.