Son Xəbərlər:
Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının üzvləri  Milli Qəhrəman Mübariz İbrahimovun doğulduğu evə baş çəkdilər

Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının üzvləri Milli Qəhrəman Mübariz İbrahimovun doğulduğu evə baş çəkdilər

2019-cu il fevralın 6-sı Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının üzvləri Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun doğum günü ilə əlaqədar onun yaşadığı evə baş çəkmiş, atası Ağakərim İbrahimovla görüşmüşlər.

Görüşdə ictimai birliyin üzvü olan şəhid ailələri, müharibə əlilləri, aprel döyüşçüləri iştirak edirdilər. Milli Qəhrəmanın atası oğlunun keçdiyi döyüş yolundan, onun vətənpərvərliyindən, uşaqlıq illərindən söhbət açdı.

Filialın sədri Bəhruz Əliyev Milli Qəhrəmanlarımıza, şəhid ailələrinə, müharibə əlillərinə dövlət qayğısından danışdı. Son günlər prezidentimiz cənab İlham Əliyevin və birinci Vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri ilə görüşündən, verilən fərmanlardan söhbət açdı.

Görüşdə iştirak edənlər Mübariz İbrahimov haqqında öz düşüncələrini bölüşdülər. Ağakərim İbrahimov cənab Prezident İlham Əliyevə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок