Son Xəbərlər:
Azərbaycan QMƏVŞAIB-in Beyləqan rayon filialının üzvləri səhid Qədimov Zülfü Rəhim oğlunun anım gününü qeyd etmişlər

Azərbaycan QMƏVŞAIB-in Beyləqan rayon filialının üzvləri səhid Qədimov Zülfü Rəhim oğlunun anım gününü qeyd etmişlər

Qədimov Zülfü Rəhim oğlu Ağdam rayonunun Mərzalı kəndində doğulub boya-başa çatmışdı. Ermənilərin vətənimizə qənim kəsilməsinə dözməyib orduya yollanmış, bir çox əməliyyatlarda igidcəsinə iştirak edərək özünə hörmət qazanmışdı.

2017-ci il fevralın  24-dən 25-ə kecən gecə növbəti kəşfiyyat əməliyyatı zamanı yağı düşmənin pusqusuna düşdülər. Kəşfiyyat qrupunda olanlar – Şəkinin Kis kənd sakini kəşfiyyat bölük komandiri şəhid Aqşin Ismayil oğlu, Ordubad rayon Dirnis kənd sakini Həşimov Tural Əbdül oğlu, Agdam sakini səhid Cəfərov Zakir Nazim oğlu, Ağdam rayon Mərzili kənd sakini səhid Qədimov Zülfü Rəhim oğlu, Yardımlının Pəstəsər kənd sakini səhid Nəzərov Şahlar Yaşar oğlu qəhrəmancasına döyüşərək səhid olmuşlar…

Allah rəhmət eləsin!

Tədbir iştirakçıları şəhid Zülfü Qədimovun məzarı önünə qərənfillər düzmüş və dualar oxumuşlar.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок