Son Xəbərlər:
Azərbaycan QMƏVŞAİB-in Astara rayon filialının  illik hesabat iclası keçirilmişdir

Azərbaycan QMƏVŞAİB-in Astara rayon filialının illik hesabat iclası keçirilmişdir

2019-cu il dekabrın 3-ü Azərbaycan QMƏVŞAİB-in Astara rayon filialının  illik hesabat iclası keçirilmişdir. Tədbirdə filialın sədri Orxan Əliyev, sədr müavini Rafiq Əliyev, SHXÇDX-nin Astara rayon şöbəsinin nümayəndələri, DSMF-nun Astara rayon şöbəsinin nümayəndəsi, Astara rayon Icra Hakimyyətinin numayəndəsi və 20-dən çox Qarabağ müharibəsi veteranı, əlili və səhid ailəsi iştirak etmişlər.

Tədbirin açilışı dövlət himnimizin səslənməsi ilə başladı. Sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla anıldi. Daha sonra filialın sədri Orxan Əliyev illik hesabat məruzəsi ilə çıxış edərək il ərzində filial tərəfindən rayonda görülən işlər barəsində danışdı.

Filialın sədr müavini Rafiq Əliyev, Astara rayon Icra Hakimiyyəti nümayəndəsi və digərləri öz çıxışlarında filialın görduyu işlərin qənaətbəxş olduğunu bildirdilər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок