Son Xəbərlər:
Azərbaycan QMƏVŞAİB Gəncə şəhər filialının 2018-ci il üçün illik fəaliyyəti haqqında hesabat yığıncağı keçirilmişdir

Azərbaycan QMƏVŞAİB Gəncə şəhər filialının 2018-ci il üçün illik fəaliyyəti haqqında hesabat yığıncağı keçirilmişdir

28 noyabr 2018-ci il tarixdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai birliyinin Gəncə şəhər filialının illik hesabat tədbiri keçirilmişdir.

Gəncə şəhəri Dəmir yol vağzalında yerləşən Qış Klubunun ofisində keçirilən hesabat yığıncağında İcra Hakimiyyətinin məsul şəxsləri və ictimaiyyət nümayəndələri, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri iştirak etmişlər.

Tədbirdə çıxış edən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai birliyinin Gəncə şəhər filialının sədri Məmməd Rəhimov il ərzində görülən işlər haqqında məruzə hesabatı vermişdir.

Sonra Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai birliyinin Gəncə şəhər filialının sədr müavini Ənvər Əhmədov çıxış edərək filialın gördüyü işlər haqqında və ağır vəziyyətdə olan Qarabağ müharibəsi əlilləri, Şəhid ailələri və Qarabağ veteranlarının ailələri ilə yaxından maraqlandıqlarını, onların problemlərinin həllində onlara etdikləri köməkliklərdən danışmışdır.

Tədbirdə iştirak edən digər məsul şəxslər və Şəhid ailələri, Qarabağ əlilləri və Qarabağ veteranları da öz problemlərindən, onlar edilən köməkliklərdən razılıqlarını bildirmişlər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок