Son Xəbərlər:
Azərbaycan QMƏVŞAİB Cəbrayıl rayon filialının illik hesabat iclası keçirilmişdir

Azərbaycan QMƏVŞAİB Cəbrayıl rayon filialının illik hesabat iclası keçirilmişdir

Azərbayan QMƏVŞAİB-in Cəbrayıl rayon filialının 2018-ci il üçün illik hesabat yığıncağı keçirilmişdir. Iştirakçılar ilk öncə ulu öndər Heydər Əliyevin büstünün qarşısına və  Şəhidlər Xiyabanını ziyarət edərək şəhid məzarları önünə gül-çiçək dəstələri qoydular, onların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

İclasda Qarabağ müharibəsi veteranları və şəhid ailələri iştirak edirdilər. Çıxış edənlər cari ildə dövlətimizin müharibə veteranlarına və şəhid ailələrinə göstərdiyi qayğıdan, cəbhəyanı zonalardakı əhalinin rifahını və maddi-məişət şəraitini yaxşılaşdırmaq istiqamətində atılan addımlardan danışdılar. Böyük əminliklə bildirildi ki, dövlətin ardıcıl siyasəti nəticəsində işğal edilmiş ərazilərimiz tezliklə azad olunacaq.

Filial sədri Hüseynov Səbuhi öz çıxışında il ərzində görülmüş işlərdən və gələcək planlardan danışdı, müharibə statuslu insanların qayğılarının həlli istiqamətində bundan sonra da var qüvvə ilə çalışacaqlarını bildirdi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок