Son Xəbərlər:
Azərbaycan QMƏVŞAİB Binəqədi rayon filialının illik hesabat iclası keçirilmişdir.

Azərbaycan QMƏVŞAİB Binəqədi rayon filialının illik hesabat iclası keçirilmişdir.

2018-ci il noyabrın 23-ü Binəqədi rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan QMƏVŞAİB Binəqədi rayon filialının illik hesabat iclası keçirilmişdir.

İclasda Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Şəmsi Gülverdiyev, Icra hakimiyyəti yanında ictimai şuranın sədri Aslan Mehdiyev, Binəqədi rayon Ağsaqqallar şurasının sədri, e.o. general Akif Rəfiyev, Azərbaycan QMƏVŞAİB Sabunçu rayon filialının sədri Zülfüqar Cəfərov və bir çox rayon təşkilatlarının, eləcə də QHT rəhbərləri iştirak edirdilər.

Azərbaycan QMƏVŞAİB Binəqədi rayon filialının sədri İlham Qayıbzadə çıxış edərək ötən il ərzində rayonda Qarabağ statuslu insanların rifahının yaxşılaşdırılması, vətənpərvərlik ruhunun artırılması üçün görülən tədbirlərdən danışdı. O, əlillərin və şəhid ailələrinin ailə-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimizin həyata keçirdiyi tədbirlər fonunda filialın fəaliyyətindən danışaraq bildirdi ki, cari ildə edilən müraciətlərə operativ reaksiya verilmiş, problemlər yerindəcə həll edilmişdir.

Çıxış edən qonaqlar Qarabağ veteranlarına dövlətimizin göstərdiyi qayğıdan danışmış, əlil və şəhid ailələrinə göstərilən maddi-mənəvi dəstəkdən söz açmışlar.

Tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок