Son Xəbərlər:
Azərbaycan QMƏVŞAİB Biləsuvar rayon filialının hesabat yığıncağı keçirilmişdir

Azərbaycan QMƏVŞAİB Biləsuvar rayon filialının hesabat yığıncağı keçirilmişdir

2017-ci dekabr;n 9-u Biləsuvar rayonundakı “Veteranlar klubu”nda QMƏVŞAİB Biləsuvar rayon filialının hesabat yığlncağı keçirilmişdir. Yığıncaqda Biləsuvar rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Mirzə Cəfərov, rayon Ağsaqqallar Şurasının sədri Əvəz Miriyev, rayon Qadınlar Şurasının sədri Xalidə Ağayeva, rayon Əlil Qadınlar təşkilatının sədri Firəngiz Həbibova, H.Əliyev adına məktəbin direktoru Gülmalı Gülalıyev, Əfqanıstan və Çernobıl təşkilatlarının rayon şöbələrinin sədrləri, QMƏVŞAİB Cəlilabad, Yardımlı filiallarının sədr, müavin və üzvləri iştirak etmişlər.

Əvvəlcə yığıncaq iştirakçıları Biləsuvardakı Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda həlak olmuş şəhidlərin məzarlarını ziyarət etdilər.

Yığıncaq dövlət himni ilə başlandı, ulu öndər və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Yığıncaqda QMƏVŞAİB Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev hesabatla çıxış etdi. O, çıxışında tədbirlər planına uyğun olaraq hesabat dövrü ərzində filialın fəaliyyəti haqqında ətraflı məlumat vermiş, dövlətin müharibə iştirakçılarına göstərdiyi qayğıdan danışmışdır.

Rayon İcra Hakimiyyətinin məsul işçisi Mirzə Cəfərov bu təbəqənin daim diqqətdə saxlanıldığını qeyd etdi. O bildirdi ki, cənab prezidentin bu təbəqə ilə bağlı verdiyi fərman və sərəncamlar rayonda uğurla həyata keçirilir.

Yığıncaqda iştirak edən Əvəz Miriyev, Gülmalı Gülaliyev, Xalidə Ağayeva, Firəngiz Həbibova, Nicat Ağazadə, Hərif Həşimov, Cavanşir Məmmədov, Mirəzbər Mürsəlov filialın fəaliyyətindən danışdılar və qənaətbəxş hesab etdilər.

Yığıncağın sonunda bir qrup Qarabağ müharibəsi iştirakçısına filialın üzvlük vəsiqəsi və döş nişanı verildi.

Yığıncağın sonunda Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri cənab Mehdi Mehdiyevə müraciət qəbul olundu.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок