Son Xəbərlər:
Azərbaycan QMƏVŞAİB Bərdə rayon filialının illik fəaliyyəti haqqında hesabat yığıncağı keçirilmişdir

Azərbaycan QMƏVŞAİB Bərdə rayon filialının illik fəaliyyəti haqqında hesabat yığıncağı keçirilmişdir

2018-ci il noyabrın 26-da Azərbaycan QMƏVŞAİB Bərdə rayon filialının illik fəaliyyəti haqqında hesabat yığıncağı keçirilmişdir.

İclasa filial sədri Etibar Hüseynova sədrlik etmiş, katib isə R.Qaraşov olmuşdur. İclasda 106 dəvətlidən 104-ü iştirak edirdi.

İllik hesabat məruzəsi ilə E. Hüseynova çıxış etmişdir. E.Hüseynova 2018-ci il ərzində filialın gördüyü işlər barədə geniş məruzə etdi.

Daha sonra məruzə ətrafında müzakirələrdə şəhid atası Ə.Qədirov, Qarabağ müharibəsi veteranları E.Rüstəmov və R.Qaraşov, Qarabağ müharibəsi əlilləri M.Babaşov və F.Həsənova  çıxış etdilər.

Qərara alındı ki, hesabat qənaətbəxş hesab edilsin.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок