Son Xəbərlər:

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin filialları Qurban bayramını qeyd edirlər

23 sentyabr 2015-ci il

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin filialları Qurban bayramını qeyd edirlər.

Qurban Bayramı bütün dünya müsəlmanları üçün olduğu kimi, Azərbaycanda yaşayan müsəlmanlar üçün də müqəddəs bayramdır və hər il böyük təmtəraqla keçirilir. İmkansızlara əl tutmaq, yaxınları, qohum-qonşunu bu əziz gündə sevindirmək xalqımızın gözəl adət-ənənələrindən biridir.

Azərbaycan QMƏVŞA ictimai birliyinin Azərbaycanın müxtəlif rayonlarındakı filiallarının kollektivi də bu əziz gündə Qarabağ müharibəsi veteranlarını, əlillərini və şəhid ailələrini sovqatlarla təbrik etmiş, müxtəlif tədbirlər keçirmişlər.

Səbail rayonunda İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan QMƏVŞAİB-in Səbail rayon filialı da fəal iştirak etmişdir. Müharibə əlillərinə, şəhid ailələrinə sovqat paylanmışdır. Rayonun Bayıl qəsəbəsində keçirilən tədbirdə ictimai birliyin üzvləri çıxış etmiş, bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Daha sonra tədbir rayonun günbəgün böyüyüb inkişaf edən Badamdar qəsəbəsində davam etmişdir.

Biləsuvar və Binəqədi rayonlarında da Qurban Bayramı münasibətilə İcra Hakimiyyətlərinin dəstəyi ilə Şəhid Ailələrinə, Qarabağ müharibəsi əlilləri və veteranlarına bayram sovqatları verilmişdir.

Aşağıda keçirilən tədbirlərdən çəkilmiş fotoşəkilləri sizə təqdim edirik.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок