Son Xəbərlər:
Azərbaycan Prezidentinin əfv sərəncamı icra olundu (VİDEO)

Azərbaycan Prezidentinin əfv sərəncamı icra olundu (VİDEO)

Prezident İlham Əliyev 64-cü əfv sərəncamını imzalayaraq, 634 nəfər məhkumu əfv edib.

APA TV-nin məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə  imzalanan əfv sərəncamının icrası 25 may tarixində həyata keçirilib.

Penitensiar Xidmətin 13 Saylı Cəzaçəkmə Müəssisəsindən 41 nəfər şəxs əfv olunub.

Məhbusların azadlığa buraxılması mərasimində Ədliyyə Nazirliyinin  Penitensiar Xidmətin əməliyyat rejimi idarəsinin rəisi Mirsaleh Seyidov,  Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev və digər əfv komissiyasının üzvləri iştirak edib.

Mirsaleh Seyidov əfv olunanları təbrik edərək  bildirib ki,  bu əfv sərəncamı 1995-ci ildən bu yana imzalanan ən böyük həcmdə olan sərəncamdır.

Daha sonra əfv olunan şəxslərə azad olunmaları barədə buraxılış vərəqələri təqdim edilib.

12 saylı Cəzaçəkmə Müəssisidən biri əcnəbi vətəndaş olmaqla, 3 nəfər azadlığa buraxılacaq.

14 saylı  Cəzaçəkmə Müəssisindən isə  25 nəfər əfv olunub.

Əfv olunanlardan 33 nəfəri Şəki Penitensiar Müəssisəsindən azad edilib. Azad olunanlar arasında bir nəfər Gürcüstan, daha bir nəfər isə Rusiya vətəndaşı var.

Qeyd edək ki, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad olunub. Bundan başqa, 9 məhkum şərti azadlıqdan məhrumetmə, 6 məhkum islah işləri, 11 məhkum isə cərimə cəzasından azad edilib.

 

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок