Son Xəbərlər:
Azərbaycan Milli Ordusunun yaradılmasının 100 illiyi münasibətilə Azərbaycan QMƏVŞAİB-in konfrans zalında tədbir keçirilmişdir

Azərbaycan Milli Ordusunun yaradılmasının 100 illiyi münasibətilə Azərbaycan QMƏVŞAİB-in konfrans zalında tədbir keçirilmişdir

Tədbirdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi Əjdər Babazadə, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dəstək Şurasının üzvü Emin Həsənli, Gənclərə Yardım Fondundan Salman Əliyev, KİV nümayəndələri İlham Məhərrəmov (Arabaçı TV), İbrahim Rüstəmov (Qarabağ TV), ictimai birliyin filial sədrləri və fəal üzvləri iştirak edirdilər.

Konfransda Azərbaycan QMƏVŞAİB-in sədri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev çıxış etmişdir. Qonaqları salamladıqdan sonra o, Azərbaycan Respublikasında ordu quruculuğundan, dövlətimiz tərəfindən ölkəmizin ərazi bütövlüyünü təmin etmək,  sərhədlərimizi qorumaq məqsədilə orduya böyük diqqət ayrılmasından danışdı. Mehdi Mehdiyev həmçinin qeyd etdi ki, torpaqlarımızın azad olunması uğrunda canını, sağlamlığını itirmiş Vətən oğullarına qarşı maddi və mənəvi qayğı hər zaman dövlət rəhbərimizin  diqqət mərkəzindədir. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Həm hərbi texnika, döyüş qabiliyyəti baxımından, həm də mənəvi-psixoloji durum nöqteyi-nəzərincə Azərbaycan əsgəri düşmənin bütün həmlələrini susdurmağa, torpaqlarımızı hərb yolu ilə azad etməyə qadirdir. Lakin xalqımız, başda ölkə prezidenti olmaqla daha humanist yolu seçmiş, sülh yolu, danışıqlar yolu ilə işğal olunmuş torpaqları qaytarmağa çalışır. Amma artıq bütün dünya, ermənilər də başa düşür ki, Azərbaycan öz torpaqlarının bir qarışını da düşmən əlində qoymayacaq. İstər hərb qolu ilə olsun, istərsə də sülh, əminəm ki, Qələbə günü çox yaxındadır.

Daha sonra Əjdər Babazadə çıxış edərək iştirakçıları Milli Ordu günü münasibətilə təbrik etmiş, SHXÇDX-nin rəisi cənab Arzu Rəhimovun salamlarını çatdırmışdır. O, qeyd etdi ki, bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əsas vəzifələrindən biri gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır və bu işdə müharibə veteranları, hərbçilər kimi vətənpərvər insanların köməyinə arxalanırıq.

Çıxışının sonunda Əjdər Babazadə Azərbaycan QMƏVŞAİB-in sədri Mehdi Mehdiyevi, ictimai birliyin Laçın, Beyləqan, Samux və Yasamal rayon filiallarının sədrlərini hərbi-vətənpərvərlik işlərində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası SHXÇDX adından Fəxri Fərmanlarla təltif etdi.

Tədbirdə iştirak edən bir qrup hərbçi Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin təsis etdiyi “Fədai” və “Vətənpərvərlik işində xidmətlərinə görə” medalları ilə təltif olundular.

Tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок