Son Xəbərlər:
Azərbaycan Memarlıq və İnşaat Unversitetində “İnşaat sektorunda qeyri-rəsmi məşğulluğun qarşısının alınmasının əhəmiyyəti”  mövzusunda  dəyirmi masa keçirilmişdir

Azərbaycan Memarlıq və İnşaat Unversitetində “İnşaat sektorunda qeyri-rəsmi məşğulluğun qarşısının alınmasının əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilmişdir

Layihənin rəhbəri, fondun icraçı direktoru Orxan Naqdiyevin vetennamine.az saytına verdiyi məlumata görə, Azərbaycan Respublikasında Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə fondu Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi İnşaat sektorunda qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına xidmət edən maarifləndirmə tədbirlərinin təşkili” layihəsi inşaat sektorunda qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına, işçilərin sosial maraqlarının təmin olunmasına və əmək hüquqlarının qorunmasına xidmət edən çoxşaxəli maarifləndirici tədbirlərin həyata keçirilməsinə həsr olunur.

Layihənin əsas məqsədi inşaat sektorunda çalışan işçilərin əmək münasibətlərinin qorunması və qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün tikinti sektorunda çalışan işçilər arasında çoxşaxəli maarifləndirici tədbirlərin təşkilidir. Bir vəzifə olaraq, bu sektorda çalışan işçilərin sosial maraqlarının təmin edilməsinə,  əmək hüquqlarının qorunmasına, pensiya təminatının təşkilinə, müavinət, ipoteka, kredit almaq hüquqlarının bərpasına və qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına xidmət edən digər bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

08 iyun 2018-ci il tarixdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin konfrans zalında “İnşaat sektorunda qeyri-rəsmi məşğulluğun qarşısının alınmasının əhəmiyyəti” mövzusunda  dəyirmi masa keçirilmişdir. Tədbiri açıq elan edən Fondun icraçı direktoru O.Ə.Naqdiyev əvvəlcə fondun tarixi, fəaliyyət istiqamətləri, bu günə qədər həyata keçirilən layihələr barədə ümumi məlumat verdikdən sonra hal-hazırda fond tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunan İnşaat sektorunda qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına xidmət edən maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin məqsədi, əhəmiyyəti və fəaliyyət planı barədə dəyirmi masa iştirakçılarına ətraflı məlumat verdi. Sonra söz dəyirmi masanın mövzusuna uyğun olaraq tanınmış ekspert Rauf Əliyevə verildi. O, öz çıxışında işəgötürənlərin vəzifə və borcları, onların qeyri-rəsmi məşğulluğa görə qanunvericilik qarşısında daşıdıqları inzibati və ya cinayət məsuliyyəti, qeyri-rəsmi məşğulluğa görə işçilərin itirdikləri hüquqlar, onların qarşılaşdıqları sosial problemlərdən söz açdı.

Sonra söz AzMİU-nun “Tikinti istehsalatının texnologiyası, təşkili və idarə  edilməsi” kafedrasının müdiri  Sahib Fərzəliyevə verildi. O da öz növbəsində, qeyri-rəsmi məşğulluğun törətdiyi fəsadlar, qeyri-rəsmi məşğulluğun tikinti şirkətinin texniki iqtisadi göstəricilərinə mənfi təsirindən danışdı.

Sonra söz müzakirə olunan mövzu ilə bağlı iştirakçılara verildi. Mövzu ilə bağlı aktiv müzakirə aparıldı. Dəyirmi masada  gələcəkdə bilavasitə inşaat sektorunda çalışacaq “Memarlıq” və “İnşaat mühəndisliyi” ixtisası üzrə təhsil alan 40 nəfər magistr, bakalavr 4-cü kurs tələbələri və bir neçə tikinti şirkətinin nümayəndələri  iştirak etdi. Müzakirə olunan mövzu ətrafında çox maraqlı müzakirələr aparıldı və təkliflər verildi.

Dəyirmi masada iştirakçılara mövzu ilə bağlı sənədlər toplusu və bukletlər təqdim edildi.

Azərbaycan Respublikasında Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə fondu 09.08.2002-ci il tarixində AR-nın Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatına alınmışdır.

Təşkilatın məqsədi, respublikamızdakı tarixi-memarlıq və mədəniyyət abidələri haqqında geniş məlumat toplamaq və bu tarixi abidələrin milli-mənəvi dəyərlərin formalaşmasında, milli mədəni irsimizin qorunub saxlanmasında və gələcək nəsillərə ötürülməsində hər bir vətəndaşımızın məsuliyyəti kimi məsələləri təbiğ etmək, memarlıq və inşaat sahələri üzrə həm təhsildə, həm də bilavasitə istehsalatda və əmək bazarında mövcud olan problemləri öyrənmək, onların həll yollarını araşdırmaq və maarifləndirmə tədbirləri həyata keçirməkdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок