HomeBütün XəbərlərAzərbaycan DTK-nin keçmiş sədri General-leytenant Ziya Yusif-zadə ilə vida mərasimi keçirilir

Azərbaycan DTK-nin keçmiş sədri General-leytenant Ziya Yusif-zadə ilə vida mərasimi keçirilir

Azərbaycan DTK-nin keçmiş sədri General-leytenant Ziya Yusif-zadə ilə vida mərasimi keçirilir

1 oktyabr 2015-ci il.

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusif-zadə vəfat edib.
Ziya Yusif-zadə uzun illər Azərbaycanın keçmiş Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edib.

Z.Yusif-zadə 1956-cı ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinə həqiqi hərbi xidmətə qəbul olub. 1972-1976-cı illərdə DTK-nın əks-kəşfiyyat şöbəsinin rəisi, 1976-cı ildən DTK sədrinin I müavini vəzifələrində çalışıb.
1980-ci ildən 1988-ci ilə qədər isə Azərbaycan SSR DTK-nin sədri vəzifəsində işləyib. 1977-ci ildə general-mayor, 1984-cü ildə general-leytenant hərbi rütbəsi alıb.

Xüsusi xidmət orqanlarında xidmət etdiyi 45 ilə yaxın bir müddətdə Azərbaycan Respublikasının, SSRİ-nin və xarici dövlətlərin 40-dan yuxarı orden və medalları, o cümlədən Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə “Azərbaycan Bayrağı” (2004) və “Şöhrət” ordenləri (2009) ilə təltif edilib.

Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində MTN-in Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusif-zadə ilə vida mərasimi keçirilir.

APA-nın məlumatına görə, vida mərasimində milli təhlükəsizlik naziri Eldar Mahmudov, daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və başqa dövlət və hökumət nümayəndələri iştirak edirlər.

Mərhumun sabiq iş yoldaşları vida mərasimində çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, Ziya Yusif-zadənin fəaliyyətinə hər zaman fərqləndiyini, işinin peşəkarı olduğunu bildiriblər.

Mərhum bu gün II Fəxri xiyabanda dəfn olunacaq.