HomeBütün XəbərlərSiyasətAvropa Parlamenti “Brexit”i təsdiqlədi

Avropa Parlamenti “Brexit”i təsdiqlədi

Avropa Parlamenti “Brexit”i təsdiqlədi

Avropa Parlamenti Böyük Britaniyanın Avropa ittifaqından çıxmasını nəzərdə tutan “Brexit” razılaşmasını təsdiqləyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Brüsseldə AP-nin Baş Assambleyasında keçirilən səsvermədə 621 nəfər sazişin lehinə, 49 nəfər isə əleyhinə səs verib.

“Brexit”in rəsmi şəkildə qəbul edilməsi Avropa İttifaqı Şurasında keçiriləcək səsvermədən sonra olacaq. Yalnız bundan sonra Böyük Britaniya yanvarın 31-də Aİ-dən ayrılacaq.

Mənbə:qafqazinfo.az