Son Xəbərlər:

Записи Автора: Admin

Ermənilər Ağdərədən qaçmağa hazırlaşır: “Hələ belə güclü raket-artilleriya atəşi görməmişdik…”

29 sentyabr 2015-ci il. İşğal altındakı Ağdərə rayonunun təmas xəttinə yaxın kəndlərində qanunsuz məskunlaşmış erməni sakinlər Azərbaycan ordusunun son raket-artilleriya zərbələrindən qorxuya düşərək evlərini tərk etməyə hazırlaşır. Bu barədə “Kavkazskiy uzel” portalının Ağdərənin təmas xəttinə yaxın Talış və Maqadis kəndlərindən hazırladığı reportajda deyilir. Bu kəndlərdə yaşayan ermənilər deyirlər ki, sentyabrın 24-25-də atəşkəs dövrünün ən intensiv atışmalarına şahid olublar. Talış kəndi ... Читать далее »

Erməni silahlı bölmələri sutka ərzində atəşkəs rejimini ümumilikdə 79 dəfə pozub.

29 sentyabr 2015 il. Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 79 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Sarıcalı, Yusifcanlı, Cəvahirli, ... Читать далее »

Cəbhədə qanlı döyüşlər: 3 hərbiçimiz şəhid oldu

28 sentyabr 2015-ci il. Cəbhə xəttində gərginlik səngimir. Müdafiə Nazirliyinin rəsmi saytının məlumatına əsasən Düşmənin canlı qüvvəsi və döyüş texnikasının toplanma məntəqəsinə zərbə endirilib. Sentyabrın 27-də gün ərzində və 28-ə keçən gecə Silahlı Qüvvələrimizin bölmələrinin qabaqlayıcı tədbirləri nəticəsində qoşunların təmas xəttində düşmənin fəallaşmaq cəhdinin qarşısı alınıb. Erməni hərbi bölmələrinin ön səngərlərinə, mövqelərinə, eləcə də müəyyən edilmiş koordinatda onun müdafiəsinin dərinliyindəki ... Читать далее »

Bakıda Beynəlxalq Aktuarlar Assosiasiyasının Avrasiya və Yaxın Şərq üzrə komitəsinin toplantısı keçirilir

28 sentyabr 2015-ci il Azərbaycan, Bakı. Bu gün Bakıda Beynəlxalq Aktuarlar Assosiasiyasının Avrasiya və Yaxın Şərq üzrə komitəsinin toplantısı işinə başlayıb. «Holiday Inn Baku» hotelində keçirilən tədbirdə Maliyyə Nazirliyinin DSNX-nin, Dövlət Sosial Müdafiə Fondunun, eləcə də Beynəlxalq Aktuarlar Assosiasiyasının komitə rəhbərləri və qonşu ölkərin Aktuarlar Assosiasiyalarının yüksək struktur nümayəndələri, 20-yə yaxın ölkədən 40-dan çox beynəlxalq dərəcəli aktuar, yerli sığorta sistemində ... Читать далее »

Əbülfəs Qarayev: «Azərbaycanın turizm rəqabəti dünyanın 141 ölkəsi arasında 36-cı yerdədir»

28 sentyabr 2015-ci il Azərbaycan, Bakı. “Bu il Azərbaycanda gediş turizminin həcmi ötən illə müqayisədə 5-7%, gəlmə turizmin həcmi isə 5-6% azalıb”. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləyib. Nazir bildirib ki, bu azalmalar Rusiya, Gürcüstan, İranda baş verən iqtisadi böhranla bağlıdır: «Bu ölkələrdən gələnlərin sayı azalmaqdadır. Bu da həmin ölkələrin daxili iqtisadiyyatı ilə ... Читать далее »

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 30 nəfər sağlamlıq imkanları məhdud uşağı Türkiyəyə bərpa müalicəsinə göndərib

28 sentyabr 2015-ci il Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən daha 30 nəfər sağlamlıq imkanları məhdud uşaq valideynlərindən birinin müşaiyəti ilə Türkiyə Respublikasına ixtisaslaşmış bərpa müalicəsinə göndərilib. Uşaqların Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınması zamanı onların valideynləri Prezident cənab İlham Əliyevin əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyasına diqqət və qayğısından ... Читать далее »

AŞPA prezidenti: Ərazi bütövlüyü Avropa Şurası üçün çox önəmli və həyati əhəmiyyətlidir

28 sentyabr 2-15-ci il Fransa, Strasburq. Ərazi bütövlüyü Avropa Şurası üçün çox önəmli və həyati əhəmiyyətlidir. Trend-in məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasınnın (AŞ PA) bu gün öz işinə başlayan payız plenar sessiyası çərçivəsində jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Ann Brassör erməni jurnalistin Dağlıq Qarabağ münaqişəsi və azərbaycanlıların son zamanlar özlərini təcavüzkar ... Читать далее »

Nazir: Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması mexanizminin yaradılması zəruridir

28 sentyabr 2015-ci il İnsidentlərin araşdırılması mexanizminin yaradılması o halda nəzərdən keçirilə bilər ki, bu, həmsədr ölkələrinin prezidentlərinin də qəbul etmədikləri mövcud status-kvonun saxlanmasına və işğala bəraət qazandırılmasına xidmət etməsin. Bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupu həmsədrlərinin sentyabrın 26-dakı açıqlamasını şərh edərkən AZƏRTAC-a bildirib. Nazir vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması ... Читать далее »

Siyavuş Novruzov: AXCP-nin qurultayı mənasız, məzmunsuz və yersiz idi

28 sentyabr 2015-ci il AXCP-nin sentyabrın 27-də keçirdiyi qurultay mənasız, məzmunsuz və yersiz bir qurultay idi. Bunu Trend-ə Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, qurultay müəyyən edilmiş vaxtlarda keçirilməlidir: “Qurultay partiyanın nizamnamə tələblərinə uyğun keçirilməlidir. Bu qurultay isə vaxtında keçirilən qurultay deyildi. Guya qurultaydan əvvəl görüşlər keçiriblər, amma yolda, küçədə kim ... Читать далее »

Cəbhədə ağır döyüşlər gedir — düşmənin 7 hərbçisi məhv edilib

28 SENTYABR 2015, 12:58 Son günlər cəbhə xəttində gərginlik səngimir. Düşmənin canlı qüvvəsi və döyüş texnikasının toplanma məntəqəsinə zərbə endirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, sentyabrın 27-də gün ərzində və 28-ə keçən gecə Silahlı Qüvvələrimizin bölmələrinin qabaqlayıcı tədbirləri nəticəsində qoşunların təmas xəttində düşmənin fəallaşmaq cəhdinin qarşısı alınıb. Erməni hərbi bölmələrinin ön səngərlərinə, mövqelərinə, eləcə də müəyyən edilmiş koordinatda ... Читать далее »

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок