Son Xəbərlər:

Записи Автора: Admin

Quba rayonunda 20 Yanvar hadisələri ilə bağlı tədbir keçirilmişdir

Azərbaycan QMƏVŞAİB Quba rayon filialının təşkilatçılığı ilə I Nügədi kənd orta məktəbində 20 Yanvar hadisələrinə həsr olunmuş hərbi-vətənpərvərlik tədbiri keçirilmişdir. Tədbirdə filialın sədri Yusif Nöhbalayev, ehtiyatda olan zabitlər –  Quba-Qusar taborunun qərargah rəisi Mobil Əhmədov və müharibə veteran, şair Kərim Dünyamalı, Qeyri hökumət təşkilatları regional resurs mərkəzinin sədri Eynulla Xeyrullayev, II qrup müharibə əlili Abasəli Abasob, digər müharibə əlilləri və ... Читать далее »

Azərbaycan Silahlı Qüvvələrinin ilk peşəkar əməliyyatı – Daşaltı əməliyyatından 26 il ötür (VİDEO)

Daşaltı əməliyyatı 1992-ci il 25 yanvarda axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik edib. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusununkönüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında ... Читать далее »

Biləsuvarda şəhid Şahmurad Əlizadənin doğum günü qeyd olunmuşdur

2018-ci il yanvarın 24-ü şəhid Əlizadə Şahmurad Hilal oğlunun doğum günüdür. Bununla əlaqədar Biləsuvar rayon İcra Hakimiyətinin məsul işçisi Cavid Əliyev, Azərbaycan QMƏVŞAİB Biləsuvar rayon filialının sədri, II qrup Qarabağ müharibəsi əlili Bəhruz Əliyev, rayon ağsaqqalı Gülmalı Gülalıyev şəhidin ailəsi ilə onun doğulduğu evdə görüşmüşlər. Görüş zamanı şəhidin keçdiyi döyüş yolundan söhbət açılmış, həyatının fotolarda əks olunan anları xatırlanmışdır. Şəhid ... Читать далее »

Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı ölkəmizdə sosial müdafiə siyasətində passiv tədbirlərdən aktiv tədbirlərə keçidin təmin olunmasına imkan verib. Proqram çərçivəsində nazirlik tərəfindən verilən aktivlər hesabına respublikamızın 76 şəhər və rayonu üzrə 1172 ailə (o cümlədən 60 nəfər əlil və 21 şəhid, ... Читать далее »

Əfsanəvi sərkərdənin anım günü keçirilib

Yanvarın 22-də Şəhidlər xiyabanında Azərbaycanın hərb tarixinə adı qızıl hərflərlə həkk olunan iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun anım mərasimi keçirilib. Əfsanəvi generalın abidəsi önünə əkililərin qoyulması ilə başlanan mərasimdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Rasim Əliyev H.Aslanovun şərəfli ömür ... Читать далее »

Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2018-ci il üzrə İş planı təsdiq edilib

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” ilə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2018-ci il üçün İş planı təsdiq edilib. Açıq Hökumətin təşviqində elektron texnologiyaların imkanlarından geniş istifadə şəraitində fəaliyyət sahələri üzrə xidmətlərin müasirləşdirlərək şəffaf ... Читать далее »

Pirallahı rayonunda “Xalqımızın qəhrəmanlıq salnaməsi” adlı anım mərasimi keçirilib

Tədbir Azərbaycan QMƏVŞAİB Pirallahı rayon filialının və 186 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuşdur. Məktəbin akt zalında keçirilən tədbirdə ictimai birliyin üzvləri, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak edirdilər. Anım mərasimi  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilmiş, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər o qanlı ... Читать далее »

Azərbaycan Paralimpiya Komitəsinin iclası keçirilmişdir

2018-ci il yanvarın 18-i Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Oturaq Voleybol üzrə Milli Komandamız yarışlarda daha da professional səviyyədə iştirakının təmin olunması üçün Azərbaycan Voleybol Federasiyasının himayəsinə verilmişdir. Yanvarın 19-u Milli Olimpiya Komitəsində Azərbaycan Paralimpiya Komitəsinin iclası keçirilmişdir və orada bu hadisə təntənəli şəkildə ictimaiyyətin nəzərinə çatdırılmışdır. Читать далее »

Sumqayıtda 20 Yanvar hadisələrinə həsr olunmuş görüş keşirilmişdir

Yanvarın 19-u Sumqayıt şəhər texniki təbiət elmləri liseyində 20 yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunmuş görüş keşirilmişdir. Görüşdə Azərbaycan QMƏVŞAİB Sumqayıt şəhər filialının üzvləri, həmin hadisələrin şahidləri və liseyin kollektivi iştirak etmişlər. Həmin hadisələrin canlı şahidi, II qrup Qarabağ müharibəsi əlili Sahib Şamilov o qanlı gecədəki hadisələrdən danışmışdır. Sonra məktəblilərin ifasında kompozisiyalar dinlənilmişdir. Читать далее »

Quba rayonunda gənclərin hərbi xidmətə yola salınma mərasimi keçirilmişdir

Tədbirdə  Azərbaycan QMƏVŞAİB Quba rayon filialının sədri Yusif Nöhbalayev, Qarabağ əlilləri, veteranları və şəhid anaları iştirak etmişlər. Hərbi xidmətə gedənlər arasında Qarabağ əlillərinin övladları və şəhid analarının nəvələri də var idi. Tədbirdə Quba rayon İcra Hakimiyyətinin rəhbər işçiləri, Hərbi Xidmətə Çağırış və Səfərbərlik üzrə Dövlət Xidmətinin rəhbəri və digər təşkilatların nümayəndələri iştitak və  çıxış etmişlər. Hərbi xidmətə gedən oğullarımız Azərbaycan ... Читать далее »

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок