Son Xəbərlər:

Записи Автора: Admin

Silahlı Qüvvələrin Yardım Fonduna 100 milyon 742 min manat, 213 min dollar, 16 min avro toplanıb

Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən «Report»a bildirilib ki, bu il iyulun 1-dək fonda 100.742.334,19 AZN, 213.577,88 ABŞ dolları, 16936,0 avro və 5000,0 rubl vəsait daxil olub. Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını ... Читать далее »

Tovuzda şəhid Zaur Axundovun xatirəsinə həsr olunmuş Taekvondo üzrə rayon açıq birinciliyi keçirilmişdir

2019-cu il iyunun 30-u Tovuzda şəhid Zaur Axundovun xatirəsinə həsr olunmuş Taekvondo üzrə  rayon açıq birinciliyi keçirilmişdir. Yarışda respublikamızın rayon və şəhərlərindən, eləcə də Gürcüstandan idmancilar iştirak etmişlər. Yarişda Tovuz rayon Icra Hakimiyyətinin, Gənclər və idman idarəsinin, SHXÇDX-nin Tovuz rayon şöbəsinin nümanəndələri və Azərbaycan QMƏVŞAİB-in Tovuz rayon filialının üzvləri iştirak etmişlər. Читать далее »

Şəhid Nağıyev Cavanşir Ismayıl oğlunun anım günü keçirilmişdir

2019-cu il iyunun 30-u şəhid Nağıyev Cavanşir  Ismayıl oğlunun anım günü keçirilmişdir. Nağıyev Cavanşir 1992-ci il iyulun 30-da Suarası kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan QMƏVŞAİB-in Laçın rayon filialının üzvləri hərbi komissarlığın əməkdaşları və ailə üzvlərinin iştirakı ilə Şəhidlər Xiyabanında olmuş, şəhidin məzarını ziyarət etmişlər. Читать далее »

Qazaxda «Vətənpərvər Azərbaycan gənci” adlı tədbir keçirilib

Qazaxda Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə Azərbaycan Dağ Yəhudiləri Dini İcması və Veteran Tankçılar ictiamai birliyi tərəfindən Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunmuş «Vətənpərvər Azərbaycan gənci” adlı tədbir keçirilib. Gənclər Mərkəzində təşkil olunmuş tədbirdə Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, icra aparatının məsul şəxsləri, Gənclər Fondunda Gənclər şöbəsinin aparıcı mütəxəssisi Emil Yusifov, Veteran Tankçılar ictimai birliyinin sədri Hacı Əzimov, Azərbaycan Dağ ... Читать далее »

Azərbaycan QMƏVŞAİB-in Nəsimi rayon filialının bir qrup üzvü Şəhidlər Xiyabanını ziyarət etmişlər

26 Iyun – Azərbaycanın Silahlı Qüvvələri günü ilə əlaqədar olaraq təşkilatın fəal üzvləri Şəhidlər Xiyabanını ziyarət etmiş, canını Vətən yolunda fəda etmiş şəhidlərimizi yad etmişlər. Читать далее »

Quba rayonunda Milli Qəhrəman Albert Aqarunov haqqında filmin təqdimatı keçirilmişdir

Quba rayonunda 26 İyun – Azərbaycanın Silahlı Qüvvələri günü Milli Qəhrəman Albert Aqarunov haqqında çəkilmiş filmin təqdimetmə mərasimi keçirilmişdir. Film Quba Asan Xidmət mərkəzinin iclas zallnda tamaşaçılara təqdim olundu. Təqdimatda Azərbaycan QMƏVŞAİB-in Quba rayon filialının üzvləri də iştirak edirdilər. Milli qəhrəmanln döyüş yoldaşları, yəhudi icmasının sədri, Quba rayon Icra Hakimiyətinin nümayəndəsi, Azərbaycan QMƏVŞAİB-in Quba rayon filialının sədri Yusif Nöhbalayev çıxış ... Читать далее »

Azərbaycan QMƏVŞAİB-in Ağdaş rayon filialının üzvləri N saylı hərbi hissənin əsgərləri ilə görüşmüşlər

Azərbaycan QMƏVŞAİB-in Ağdaş rayon filialı 26 Iyun – Azərbaycan Milli Ordusunun yaranması günu münasibətilə N saylı hərbi hissənin əsgərləri ilə görüşmüşlər. Görüşdə konsert proqramı da olmuşdur. Kecmiş döyüşçülər əsgərlər qarşısında cıxışlar etmiş, əsgərlərin döyüş ruhunun  yüksəldilməsinə öz töhfələrini vermişlər. Qeyd edilmişdir ki, iyun ayı ərzində həmin hərbi  hissənin səngərlərinin  bərkidilməsi  məqsədilə cəmiyyətimiz tərəfindən 12 yük maşını təkər toplanaraq  göndərilmişdi. Filialın ... Читать далее »

Xocavənddə əsgərlər təbrik olundular

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 101-ci ildönümü ilə əlaqədar Azərbaycan QMƏVŞAİB-in Xocavənd rayon filialının bir qrup üzvü N sayll hərbi hissədə olmuslar. Читать далее »

Yaşasaydı 45 yaşı tamam olacaqdı

27 iyun 2019-cu il tarixdə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuş şəhid Ehtiram Canəli oğlu Əliyevin doğum günü ilə əlaqədar onun yaşadığı evə baş çəkildi. Görüşdə Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və filialın üzvləri iştirak etdilər. Söhbət zamanı Ehtiramın uşaqlıq illərindən, kənddə özünü vətənpərvər kimi tanıtdığından, ailəyə bağlılığından, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarından danışıldı. Şəhid Əliyev Ehtiram Canəli ... Читать далее »

Qaradağ rayonundakı hərbi hissədə Silahlı Qüvvələr günü qeyd olundu

Qaradağ rayonunda yerləşən N saylı hərbi hissədə rayonda yaşayan bir qrup  müharibə əlilləri və veteranlarının iştirakı ilə 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə  millət vəkili Aydın Hüseynov çıxış edərək Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında yer tutduğunu  qeyd etmiş, tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmişdir. Hərbi hissə rəhbəri polkovnik-leytenant Zahid Hüseynov çıxış ... Читать далее »

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок