Son Xəbərlər:
Astarada Milli Qəhrəman Yalçın Nəsirovun xatirəsi yad edildi

Astarada Milli Qəhrəman Yalçın Nəsirovun xatirəsi yad edildi

2019-cu il iyunun 11-i Azərbaycanın Milli Qəhrəmanı Yalçın Canhəsən oğlu Nəsirovun Astara rayonunun Sərək kəndində oxudugu məktəbdə anım tədbiri keçirilmişdir. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi, Azərbaycan QMƏVŞAİB-in Astara rayon filialının üzvləri, Sərək kənd orta məktəbinin şagird və müəllim kollektivi və qəhrəmanın döyüş yoldaşları iştirak etmişlər.

Milli Qəhrəmanın məzarı ziyarət olunaraq önünə əklil qoyulmuş və ruhuna dualar oxunmuşdur.

Daha sonra “Qəhrəmanlar” parkındakı Yalçın Nəsirovun büstünün də qarşısına əklil qoyulmuş, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок