HomeFəaliyyətimizAstarada aprel döyüşlərinin ildönümünə həsr olunmuş görüş keçirilmişdir

Astarada aprel döyüşlərinin ildönümünə həsr olunmuş görüş keçirilmişdir

Astarada aprel döyüşlərinin ildönümünə həsr olunmuş görüş keçirilmişdir

Astara şəhərindəki Mirzə Ələkbər Sabir adına 1 saylı orta məktəbdə “1-5 aprel döyüşləri – böyük qələbəyə gedən yolun başlanğıcı” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan QMƏVŞAİB-in Astara rayon filialının sədri, aprel döyüşçüsü Orxan Əliyev, məktəbin direktoru Xədicə Əliyeva, 44 günlük Vətən müharibəsinin iştirakçısı İbrahimli Abbas Rövşən oğlu və məktəbin müəllim-şagird heyəti iştirak edirdi. Görüşdə aprel döyüşlərinin Vətən müharibəsindəki qələbənin qazanılmasındakı əhəmiyyətindən, igid Vətən oğullarımızın qəhrəmanlıqlarından söhbət açılmışdır.

Tədbirdə wehidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edlmiş, aprel döyüşlərindaən bəhs edən videoçark nümayiş etdirilmişdir.

Şagirdlərin ifasında səslənən vətənpərvərlik şeirləri qonaqlar tərəfindən maraqla dinlənildi.