Son Xəbərlər:
Astara rayonunda gənc çağırışçılar hərbi xidmətə yola salındılar

Astara rayonunda gənc çağırışçılar hərbi xidmətə yola salındılar

Iyulun 1-i Astara rayonunda gənc çağırışçıların həqiqi hərbi xidmətə yola salınma mərasimi keçirilib.

Tədbirdə Astara rayon Icra Hakimyyəti numayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağıriş üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Valeh Nəcəfov və şöbənin əməkdaşlari, Azərbaycan QMƏVŞAİB-in Astara rayon filialının sədri aprel qazisi Orxan Əliyev, birliyə üzv olan müharibə veteranları, Azərbaycan Veteranlar Təşkilatının sədri Rafiq müəllim və gənc çağırışçıların valideynləri iştirak edirdilər.

Tədbir ilk oncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmaqla başladı. Daha sonra tədbir sahil parkındakı Bayraq meydanında davam etdi. Dövlət Himni səsləndi. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edənlər gənc çağırışçılara xidməti borclarını ləyaqətlə başa vurmağı arzuladılar.

Sonra tədbir konsert proqramı ilə davam etdi və çağırışçılar hərbi xidmətə yola salındılar.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок