Son Xəbərlər:
Astara el məzarliğinda şəhidlərin xatirə guşəsi yaradıldı

Astara el məzarliğinda şəhidlərin xatirə guşəsi yaradıldı

10-14 sentyabr 2019-cu il tarixlərində Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layi­hə­sini Azərbaycanın Cənub bölgəsinin ən ucqar rayonu olan Astara rayonunda həyata keçirərək, Astara rayon el məzarığında dəfn olunmuş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olanların məzarlarının vəziyyətinə manitoring edilərək şəhidlərimizin siyahısı müəyyən edilmişdir.

14 sentiybr 2019-cu il tarixdə Astara rayonunda həyata keçirilən layihənin yekunu olaraq, Astara rayon el məzarığında dəfn olunmuş 7 nəfər şəhidin xatirəsini əbədləşdirmək üçün düzəldilmiş Şəhidlərin xatirə güşəsinin açılışı oldu.

Tədbir ilk öncə Azərbaycan Respublikasının dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş şəhidlərimizin xatirəsi yad edilərək, onların rühlarına yasin və duallar oxundu. Sonra “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layi­hə­sini direktoru, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti, «Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi»-nin direktoru Sərraf Oruc həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək bildirdi ki, 1990-1994-cü illərdə, Azərbaycanın suverenliyi və Qarabağda ərazi bütövlüyünün müdafiəsi uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuşlar üçün, Bakıda 1-ci və 2-ci Şəhidlər Xiyabanı salınaraq şəhidlərimiz orada dəfn edilmişlər. Yüzlərlə şəhidimiz isə, onların valideyinlərinin istəyi ilə, Bakıda və rayonların el məzarlıqlarında dəfn olunmuşlar.

Bakıda və rayonların el məzarlıqlarında keçirdiyimiz manitorinqlər zamanı məlum etdik ki, bəzi şəhidlərin məzarları və onların xatirələrini əbədləşdirmək üçün küçələrdə düzəldilmiş xatirə güşələri şəhidlərin valideyinləri vəfat etdikdən sonra aidiyyəti qurumların öz işlərinə məsuliyyətsiz yanaşması və vətəndaşların laqeydliyi səbəbindən baxımsız qalmışdır.

Rayon icra hakimiyyətlərinin, bələdiyyə idarəlrinin və məzarlıqlara baxan aidiyyəti qurumların rəhbərlərinin məzarlıqlarda neçə nəfər şəhid məzarının olmasını və onların dəfn olunduqları yer barəsində məlumatları yoxdur. Vətən uğrunda canlarını fəda etrmiş şəhidlərin məzarlarına, abidələrə və xatirə güşələrinə qarşı olan bu biganəlik şəhid aillələrini mənən sarsıdaraq onlara pis təsir edir.

Bakının Səbail, Yasamal, Nizami, Binəqədi, Xətai, Sabunçu, Abşeron rayonlarında, regionlardan isə Şirvan şəhər, Hacıqabul, Cəllabad, Astara və Lerik el məzarlıqlarında keçirdiyimiz manitorinqlər zamanı müəyyən etdik ki, el məzarlıqlarında dəfn olunmuş şəhidlərin məzarları və onların xatirələrini əbədləşdirmək üçün küçələrdə düzəldilmiş xatirə güşələrinin vəziyyəti və onlara aidiyyəti qurumlar və vətəndaşlar tərəfindən diqqət və qayğı  Nizami, Binəqədi rayonlarında, Lerik rayonunun Rvarud kəndində, Astara rayon el məzarlığında və Astara rayon Şiyəkəran kəndində, Cəlilabad rayonunun Günəşli kəndində daha yaxşıdır. Səbail rayonunda, Şirvan şəhərində və Hacıqabul rayonunda isə vəziyyət acınacaqlıdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi polkovnik Valeh Nəcəfov məlumat verərək bildirdi ki, Xidmətin rəisi general-leytenant Arzu Rəhimovun göstərişinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanı ilə müəyyənləşdirilmiş qaydada 11 000 (on bir min) manat məbləğində birdəfəlik sığorta vəsaitini almaları üçün şəhid aillərinin siyahısı Astara rayon aidiyyəti təşkilatlar tərəfindən hazırlanaraq Bakıdakı müvafiq orqanlara təqdim edilmişdir. Bundan əlavə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin və Astara rayon Icra Hakimiyyətinin təşəbüsü ilə 9 May – Qələbə günü, Ramazan və Qurban bayramı günlərində Astara rayonunun şəhid ailələri və Böyük Vətən müharibəsi veteranlarının evlərinə gedərək onları yad etmiş, bayram sovqatları verilmişdir.

Azərbaycan QMƏVŞAİB-in Astara rayon filialının sədri Orxan Əliyev məlumat verəırək bildirdi ki, Astara rayonunda 82 şəhid ailəsi,. 48 Qarabağ müharibəsi əlili, 320 Qarabağ müharibəsi veteranı, 1 nəfər Azərbaycanın Milli Qəhrəmanı, 6 nəfər Böyük Vətən müharibəsi veteranı, 125 Əfqanıstan müharibəsi iştirakçısı vardır.

Tədbirin sonunda, layihəsinin həyata keçməsində yaxından köməklik göstərdiklərinə və şəhid aillərinə göstərdikləri diqqət və qayğıya görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi polkovnik Valeh Nəcəfovu, Astara rayon Şiyəkəran kəndinin İcra nümayəndəsi Tofiq Əliyevi, Respublika Müharibə Veteranları Təkiatının Astara rayon şöbəsinin sədri Rafiq Əliyevi, Azərbaycan QMƏVŞAİB-in Astara rayon filialının sədri Orxan Əliyevi, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Döyüş-Səlnaməsi Fəxri Fərmanı ilə təltif etdi.

Tədbirin sonunda, el məzarlığında Azərbaycan Respublikasının dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin məzarları ziyarət edildi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок