Son Xəbərlər:
“ASAN kadr” karyera mərkəzi və Bakı Ali Neft Məktəbi karyera sərgisi keçirəcək

“ASAN kadr” karyera mərkəzi və Bakı Ali Neft Məktəbi karyera sərgisi keçirəcək

ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzi və Bakı Ali Neft Məktəbi gənclərin məşğulluğunu artırmaq məqsədilə I karyera sərgis” keçirəcək.

2018-ci il martın 1-də Bakı Ali Neft Məktəbinin yeni kampusunda saat 10:00-17:00 kimi davam edəcək sərgi bütün vətəndaşlar üçün açıq elan edilir. Burada vətəndaşlara məşğulluq, iş, təcrübə imkanları təklif ediləcək, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmağa şərait yaradılacaq.

Sərgidə müxtəlif yerli və xarici müəssisələrin nümayəndələri iştirak edəcəklər. Əsas məqsəd savadlı, bacarıqlı, təcrübəli və iş potensialı ilə fərqlənən gənclərin dövlət və özəl qurumlarda işlə təmin olunmalarına dəstək olmaq və müəssisələrin mövcud iş vakansiyaları haqqında məlumat verməkdən ibarətdir.

Əsas məqsədimiz isə ASAN Könüllülük Məktəbinin məzun könüllülərinin peşakar karyera qurmalarına dəstək olmaqdır. Bu günə qədər 850-dən çox məzun ASAN kadr işlə təmin olunub. Onların uğur hekayələri ilə www.asankadr.az portalında tanış ola bilərsiniz.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок