Son Xəbərlər:
“ASAN İnkişaf Modeli – AİM” proqramına start verilib

“ASAN İnkişaf Modeli – AİM” proqramına start verilib

 “ASAN Könüllüləri” Təşkilatı və “AccessBank”ın təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə “ASAN İnkişaf Modeli – AİM” proqramına start verilib.

İlkin olaraq Sabirabad və Şirvan şəhərində baş tutan proqramda 1000-dən çox məktəbli iştirak edib.

Proqram çərçivəsində prioritet ixtisaslar, özünüinkişaf, psixoloji mövzularda müxtəlif təlim və praktiki məşğələlər keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki,  “AİM”  sosial proqramının əsas məqsədi regionlarda təhsil alan  şagirdlərin tənqidi və tətbiqi düşünmək bacarıqlarını, o cümlədən yaradıcı, məntiqi təfəkkürü inkişaf etdirməkdir.  Həmçinin, AİM layihəsi müasir və innovativ texnoloji yeniliklər, sosial şəbəkələrdən faydalı istifadə, bu istiqamətdə şagirdlərin inkişafı, dünya trendlərinə düzgün qoşulma  mövzularını əhatə edəcək.

Sabirabad və Şirvan şəhərlərindən start götürmüş bu  proqram ölkəmizin müxtəlif bölgələrində 9–11-ci sinif şagirdlərini əhatə etməklə bir neçə hissəli təlim-seminarlar şəklində təşkil olunacaq. Görüşlərdə iştirakçılara müasir təhsilin predmetləri, vacib mütəxəssis keyfiyyətləri, həyat seçimləri ilə bağlı psixoloji hazırlıq mövzuları barədə məlumat veriləcək.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок