Son Xəbərlər:
Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyinin “Fiziki məhdudiyyətli insanların reabilitasiyası və cəmiyyətə inteqrasiyası” layihəsi

Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyinin “Fiziki məhdudiyyətli insanların reabilitasiyası və cəmiyyətə inteqrasiyası” layihəsi

Nəzərdə tutulan layihə əsasən miopatiya, şarko, mari, uşaq selebral iflici və başqa bu kimi xəstəliklərdən əziyyyət çəkən insanlar, yəni əlləri tamamilə işləməyən şəxslər üçün reabilitasiya və cəmiyyətə inteqrasiya layihəsidir. Belə ki, belə əlil insanlar üçün hal-hazırda dünyanın 110-dan artıq ölkəsində tətbiq olunan Bossia idmanı mövcuddur.

Bu yaxınlarda Bossia idmanı Azərbaycanda da təsis olunub. Qeyd olunan kateqoriyadan olan əlill insanların bu idman vasitəsilə cəmiyyətə inteqrasiyası təmin olunur, onların reabilitasiyası daha tez baş verir, əllərin hissiyyatı qismən də olsa, bərpa olunur.

Bossia idman növü 1978-ci ildə yeni üslubda İtaliyada təsis olunub, həmçinin Amerikada keçirilən 1984-cü il II Paralimpia oyunlarına daxil edilib.

Hörmətli mətbuat nümayəndələri!

Sizi 29 sentyabr saat 15:00-da  Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət  təşkilatlarına dövlət dəstəyi şurasının maliyə dəstəyi «Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyinin» Fiziki Məhdudiyyətli İnsanların Cəmiyyətə inteqrasıyası və reabiltasıyası layihəsinə dəvət edirik.

Ünvan Bakı Dəniz kənarı Bulvarı ( Azneft dairəsi)

Hörmətlə,

Arabaşı Əlillər Şəbəkəsi İctimai Birliyinin, Arabaçı TV MMC-nin sədri,
Azərbaycan Respublikası Paralimpiya Komitəsinin Bossia idman növü üzrə
Baş məşqçisi İlham Məhərrəmov. (arabacitv@gmail.com)

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок