Son Xəbərlər:
Aprel döyüşləri – böyük zəfərin başlanğıcı

Aprel döyüşləri – böyük zəfərin başlanğıcı

“Dünya Azərbaycanlılarının Vətənpərvərləri” ictimai birliyinin (DAVİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyi ilə həyata keçirdiyi  “Aprel döyüşləri – böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində növbəti görüşü 62 №-li məktəb-liseydə baş tutub.

DAVİB-in mətbuat xidməti xəbər verir ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mətanət Cabbarlı rəhbərlik etdiyi məktəb haqqında qonaqlara ətraflı məlumat vermiş, şagirdlərin uğurlarından danışmışdır.

Daha sonra çıxış edən  “Dünya Azərbaycanlılarının Vətənpərvərləri”  ictimai birliyinin prezidenti Nəsimi Qarabağlı həyata keçirilən layihə haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir.

DAVİB prezidenti bildirib ki, layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında 2016-cı ilin aprel döyüşlərinin rolunu və bu döyüşlərdə şücaət göstərən qəhrəmanların təbliğ edilməsindən ibarətdir.

Nəsimi Qarabağlı qeyd edib ki, aprel döyüşləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun göstərdiyi şücaətin bariz nümunəsidir. İctimai birliyin rəhbəri deyib ki, bu döyüşlərdə Azərbaycan ordusunun real gücünü bir daha təsdiqini tapdı.

Görüşdə iştirak edən “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, aprel döyüşləri dövründə ictimai-siyasi və vətənpərvərlik məsələlərində ümumi həmrəyliyin yüksək olmuşdur.

Məktəbin yuxarı sinif şagirdləri aprel döyüşləri və eyni zamanda vətənpərvərlik məsələləri ilə bağlı fikirlərini bölüşüblər. Layihə çərçivəsində aprel döyüşləri haqqında hazırlanan buklet iştirakçılara paylanılıb.

Görüşdə fəal iştirak edən şagirdlər təşkilat tərəfindən fəxri fərmanlarla təltif olunublar.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок