Son Xəbərlər:
“Aprel döyüşləri-böyük zəfərin başlanğıcı mövzusunda tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində tədbir keçirilib

“Aprel döyüşləri-böyük zəfərin başlanğıcı mövzusunda tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində tədbir keçirilib

Tədbir Dünya Azərbaycanlılarının Vətənpərvərləri ictimai birliyi (DAVİB) tərəfindən həyata keçirilən “Aprel döyüşləri-böyük zəfərin başlanğıcı mövzusunda tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində baş tutub.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

DAVİB Mətbuat Xidməti xəbər verir ki, tədbiri giriş sözü ilə açan məktəb direktoru Laləndər Hasilova bildirib ki, pedaqoji kollektiv şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına xüsusi diqqət yetirir. Bununla bağlı mütəmadi tədbirlər təşkil olunur.

Daha sonra çıxış edən “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” İctimai birliyinin prezidenti Nəsimi Qarabağlı həyata keçirilən layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.

DAVİB prezidenti bildirdi ki, layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında aprel döyüşlərinin rolunu və bu döyüşlərdə şücaət göstərən qəhrəmanların təbliğ edilməsindən ibarətdir.

Nəsimi Qarabağlı qeyd etdiki, aprel döyüşləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun göstərdiyi şücaətin bariz nümunəsidir. Bu döyüşlərdə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu.

Görüşdə iştirak edən İnformasiya Təşəbbüslərinə Dəstək ictimai birliyinin sədri Cəsarət Hüseynzadə aprel döyüşlərinin nəticələrinin hərbi-strateji nöqteyi-nəzərdən Azərbaycana verdiyi müsbət məqamlardan danışdı.

Dünya Azərbaycanlılarının Vətənpərvərləri ictimai birliyinin qadınlar şurasının sədri Ülviyyə Cümayeva müharibə dövründə Azərbaycan qadınlarının  şücaətindən  danışdı. O, hər bir azərbaycanlının ümdə vəzifəsinin dövlətinə və millətinə xeyir verməsi olduğunu və gənclərin də bu ruhda böyüməsini arzu etdiyini qeyd etdi.

Görüşdə iştirak edən yuxarı sinif şagirdləri aprel döyüşləri və eyni zamanda vətənpərvərlik məsələləri ilə bağlı fikirlərini bölüşdülər. Layihə çərçivəsində aprel döyüşləri haqqında hazırlanan buklet iştirakçılara paylandı. Görüşdə fəal iştirak edən şagirdlər təşkilat tərəfindən fəxri fərmanlarla təltif olundular.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок