Son Xəbərlər:
Aleksandr Dugin Cocuq Mərcanlida bəyanat verdi: “QARABAĞ AZƏRBAYCANIN AYRILMAZ HISSƏSIDIR”

Aleksandr Dugin Cocuq Mərcanlida bəyanat verdi: “QARABAĞ AZƏRBAYCANIN AYRILMAZ HISSƏSIDIR”

“Azərbaycan Rusiyanın əsl müttəfiqidir”

Rusiya siyasi elitasının məşhur nümayəndələri, Dövlət Dumasının deputatları Cəbrayıl rayonunun 2016-cı ilin aprel müharibəsində işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gəliblər.

Qonaqları hüquqi məsələlər və dövlət quruculuğu komitəsinin sədri, Rusiya-Azərbaycan parlamentlərarası qrupunun rəhbəri Əli Hüseynli müşayiət edir. «Moskva-Bakı geosiyasi oxu” ictimai platforması çərçivəsində təşkil olunan «Azərbaycan Qafqazda Rusiyanın yeganə müttəfiqidir” ikinci konfransı işinə başlayır.

Milli Məclisin hüquqi məsələlər və dövlət quruculuğu komitəsinin sədri, Rusiya-Azərbaycan parlamentlərarası qrupunun rəhbəri Əli Hüseynli konfrans iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycanla Rusiya arasında münasibətlər qardaşlıq xarakteri daşıyır.

Ə.Hüseynli 2016-cı ilin aprelində bu kəndin Azərbaycan ordusunun xüsusi əməliyyatı nəticəsində azad edilməsi barədə danışıb. Deputatın sözlərinə görə, konfransın cəbhə xəttindən 600 metr aralıda keçirilməsi Azərbaycan və Rusiyanın Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə birinci dərəcəli önəm verməsinin bariz nümunəsidir. Ə.Hüseynli qeyd edib ki, bu kənd Azərbaycan prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü əsasında bərpa olunub.

Konfransda Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin çıxış edib. Öz çıxışında kremlyönlü ideoloq Qarabağda ön cəbhə xəttində konfransın keçirilməsi ideyasının yaranmasından söhbət açıb.

Onun sözlərinə görə, avrasiya hərəkatı hələ bir neçə il öncə Rusiya-Azərbaycan əlaqələrinin sürətlə inkişafını sezib və bu prezidentlər Putinlə Əliyevin şəxsi etimadı əsasında formalaşan münasibətlərindən qaynaqlanır.

Prezidentlərin təşəbbüsünə hər iki dövlətin ekspert birliyinin nümayəndələri təkan veriblər. Dugin İzbor klubunun və Beynəlxalq Avrasiya Hərəkatının Rusiya ilə Azərbaycanın müttəfiq və tərəfdaş münasibətlərinin möhkəmlənməsi üzrə təşəbbüsündən danışıb.

Dugin qeyd edib ki, Azərbaycan Avrasiya inteqrasiyası istiqamətində baxır. Prezident İlham Əliyev İzmirdə qaz kəmərinin açılışında bəyan edib ki, bu Azərbaycanın Avrasiya çoxqütblü iqtisadi modelinə töhfəsidir. Prezident aşkar bildirib ki, bu Rusiya ilə razılaşdırılıb.

Dugin bəyan edib ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bizim burada olmağımız onu göstərir ki, Rusiya həm ictimaiyyət, həm də dövlət səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir.

Xəbər Sherg.az saytından götürülmüşdür.

Mövzu ilə başlı digər məlumat: 
Aleksandr Duqin: “Ermənistan 5 rayonu qaytarmalıdır”
DQ və 7 rayon qayıtmalıdır: Duqin Kremlin fikrini dedi?

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок