Son Xəbərlər:
Ağıllı Fermer Təsərrüfatı” (SAF) layihəsinin fəaliyyətləri  Strateji Yol Xəritələrində nəzərdə tutulan əsas hədəflərə və məqsədlərə istiqamətlənib

Ağıllı Fermer Təsərrüfatı” (SAF) layihəsinin fəaliyyətləri Strateji Yol Xəritələrində nəzərdə tutulan əsas hədəflərə və məqsədlərə istiqamətlənib

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə Gəncə Aqrobiznes Assosiasiyası (GABA) tərəfindən həyata keçirilən “Ağıllı Fermer Təsərrüfatı” (SAF) layihəsinin fəaliyyətləri  Strateji Yol Xəritələrində nəzərdə tutulan əsas hədəflərə və məqsədlərə istiqamətlənib.

vetennamine.az saytı xəbər verir ki,  Gəncə-Qazax iqtisadi rayonunda həyata keçirilən “Ağıllı Fermer Təsərrüfatı” (SAF) layihəsi innovativ texnologiya və İKT vasitələrinin tətbiqi ilə fermer təsərrüfatlarında məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasına xidmət edir. Belə ki, innovasiyaların, informasiya kommunikasiya texnologiyalarının (İKT) aqrar sektora tətbiqi və dəyər zəncirinin inkişafı yolu ilə  kənd təsərrüfatında davamlı inkişafa nail olmaq layihənin əsas məqsədləridir.

Layihənin həyata keçirdiyi fəaliyyətlər istiqamətində 4 oktyabr 2017-ci il tarixində Gəncədə GABA-nın baş ofisində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir qrup alimləri ilə növbəti məhsuldar görüş keçirilmişdir.

Görüşdə müzakirə olunan əsas məsələlərdən biri də SAF layihəsi cərçivəsində icra edilən fəaliyyətlərin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş və ölkənin aqrar siyasətinin inkişafına yönəlmiş Strateji Yol Xəritələrində nəzərdə tutulmuş hədəf indikatorlarla, strateji məqsəd və hədəflərlə üst-üstə düşdüyünün müsbət hal kimi vurğulanması olmuşdur. Eyni zamanda, SAF layihəsi və Strateji Yol Xəritələrində əsas hədəflərdən olan aqrar sektorun davamlı inkişafı, ərzaq təhlükəsizliyi, məhsul istehsalı potensialının dəyər zənciri üzrə artırılması, fermerlərin maarifləndirilməsi və bazara çıxışının asanlaşdırılması, sahə məsləhət xidmətlərinin keyfiyyətinin artırılması, ətraf mühitin mühafizəsi və ekoloji təmiz kənd təsərrüfatı istehsalının təşviqi, İKT vasitələrinin aqrar sektora tətbiqi kimi prioritet məsələlər görüş zamanı geniş müzakirə edilmiş və bu sahə üzrə birgə əməkdaşlıq fəaliyyətləri razılaşdırılmışdır.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок