HomeBütün XəbərlərAğdam rayonunda özünüməşğulluq proqramı inkişaf etdiriləcək

Ağdam rayonunda özünüməşğulluq proqramı inkişaf etdiriləcək

Ağdam rayonunda özünüməşğulluq proqramı inkişaf etdiriləcək

Özünəməşğulluq proqramına qoşulmuş soydaşlarımız arasında Ağdam rayonunun vətəndaşları da xeyli saydadır. Ağdam rayonunun işğaldan azad olması onların da yurd həsrətinə son qoydu. Ağdamlılar sonsuz fərəh və sevinc hissi ilə öz ailə bizneslərini doğma el-obasında davam etdirməyə hazırlaşırlar.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən vetennamine.az saytına verilən məlumata görə düşmən işğal etdiyi yurd yerlərimizdəki infrastrukturu vəhşicəsinə dağıdaraq yerlə-yeksan etsə də, artıq azad günlərinə qovuşan torpaqlarımız, o cümlədən Ağdam yenidən bərpa olunacaq, dirçələcək, abadlaşacaq. Həmin bölgələrdə sosial-iqtisadi həyat yenidən canlanacaq, inkişaf edəcək. Özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik təsərrüfat və müəssisələr də bu prosesə öz töhfəsini verəcək.