Son Xəbərlər:
Ağcabədidə İlyas Hüseynovun anım tədbiri keçirilmişdir

Ağcabədidə İlyas Hüseynovun anım tədbiri keçirilmişdir

Birinci Qarabağ muharibəsində Ağcabədi, Xocavənd, Beyləqan, Füzuli, Cəbrayıl rayonlarından olan döyüşçülər döyüş dostları, komandirləri olmuş Xocavənd özünümüdafiə batalyonunun, N saylı hərbi hissənin birinci batalyonunun komandiri olmuş mərhum İlyas Hüseynovun anım tədbiri keçirilmişdir.

Tədbirdə Azərbaycan QMƏVŞAİB-in Ağcabədi rayon filialının  sədri İsmayıl Məhərrəmov, YAP Ağcabədi rayon təşkilatının Baş məsləhətçisi Mehman Novruzov, Beyləqan taborunun keçmiş komandiri Akif Həsənov, Zenit artilleriya divizionun keçmiş komandiri Baxşryiş Ələsgərov, AVMVİB-in Ağcabədi filialının sıdri Tələt Rüstəmov və başqaları iştarak etmişlər.

Filialın sədri mərhum komandirin məzarına ictimai birliyin adından əklil qoymuşdur. İsmayıl Məhərrəmov İlyas Hüseynovun keçidyi döyüş yolundan, cəbhə bölgəsində o  zaman nüfuzlu bir komandir kimi  bu gün də  xatirələrdə daim yaşadığını və daim ehtiramla yad edildiyini xüsusi  ilə  qeyd etdi.

Vətənpərvərliyin təbliğində, gənclərimizə İlyas kimi vətənpərvərlərin numunə olaraq təbliğ olunmasının vacibliyini bildirdi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок