Son Xəbərlər:
Ağcabədidə Azərbaycanın Milli Qəhrəmanı Sadıq Hüseynovun büstünün açılışı olmuşdur

Ağcabədidə Azərbaycanın Milli Qəhrəmanı Sadıq Hüseynovun büstünün açılışı olmuşdur

2019-cu il aprelin 13-ü Ağcabədi rayonu Sadıq Hüseynov adına Xocavənd kənd 1 saylı tam orta məktəbində Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı şəhid Sadıq Hüseynovun büstünün açılışı olmuşdur. Keçirilən mərasimdə Ağcabədi rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri, Azərbaycan QMƏVŞAİB-in Ağcabədi rayon filialının üzvləri iştirak etmişlər.

Filialın sədri İsmayıl Məhərrəmov Milli Qəhrəman Sadıq Hüseynovun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan bəhs etmişdir. O bildirmişdir ki, Hüseynov Sadıq Dayandur oğlu 29 iyul 1969-cu ildə Ağcabədi rayonunun Xocavənd kəndində doğulmuşdur. 1968-1978-ci illərdə orta məktəbdə oxumuş,1980-cı ildə ordu sıralarına çağırılmışdır. 1989-cu ildə DİN-nin sərəncamı ilə Şuşa şəhərində sahə müvəkkili olaraq işə başlamışdır. Ermənilərin azğınlaşmış silahlı dəstələri Azərbaycan torpaqlarını işğal etdikləri vaxtlarda digər polis əməkdaşları kimi, o da döyüşlərə girmiş və 29 mart 1992-ci il döyüşlərdən birində ağır yaralanmasına baxmayaraq silahını yerə qoymamışdır.

13 aprel 1992-ci il erməni faşistlərinin silahlı dəstələri Şuşanı ağır raket atəşinə tutmuşdular. Hüseynov Sadıq döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Hüseynov Sadıq Dayandur oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Sadıq Hüseynovun həyatının gənclərimizə örnək olması üçün Azərbaycanın Milli Qəhrəmanlarının həyatı, döyüş yolu daima öyrənilməli və təbliğ olunmalıdır.

Tədbirin yekununda vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiyalarda Azərbaycan Ordusunun mübarizliyi, mərd oğulların Vətənin azadlığını və ərazi bütövlüyünü canlarından üstün tutması, ordu ilə xalqın birliyi tərənnüm edilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок