Son Xəbərlər:
Ağcabədidə AXC-nin yaranmasının 100 illiyi ilə bağlı “Dəyirmi masa” keçirilmişdir.

Ağcabədidə AXC-nin yaranmasının 100 illiyi ilə bağlı “Dəyirmi masa” keçirilmişdir.

2018-ci il mayın 19-da YAP Ağcaəbədi rayon təşkilatının qərargahında təşkilatın və  Ağcabədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan QMƏVŞAİB Ağcabədi rayon  filialı, N saylı hərbi hissənin zabitlərinin və rayon ictimaiyyətinin iştirakı ilə AXC-nin 100 illiyi ilə bağlı “Dəyirmi masa” keçirilmişdir. Azərbaucan QMƏVŞAİB-in üzvləri Arzu Həsənov və Mehdi Məmmədov AXC-nin yaranması, o dövrdə baş vermiş hadisələrlə bağlı çıxış etmiş, fikir mübadiləsi aparmışlar.

Məruzəçilər tərəfindən qeyd edilmişdir ki, mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi aradan qaldırmağa çalışmışlar. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti ərzində qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarifçilik sahələrində sürətli irəliləyişə imkan vermişdir.

Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərib. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısnı alıb. Nəhayət, XX əsrin 90-cı illərinin əvvəlində keçmiş SSRİ-nin dağılması nəticəsində Azərbaycan yaranmış tarixi şəraitdən bəhrələnərək yenidən öz müstəqilliyinə qovuşub.

Sonda vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin qurduğu müstəqil dövlət indi onun siyasi davamçısı prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada tanınan və inkişaf edən ölkələr sırasında layiqli yer tutur.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок