Son Xəbərlər:
Ağcabədidə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir

Ağcabədidə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir

Azərbaycan xalqının milli azadlıq mübarizəsi tarixində özünəməxsus yer tutan 1990-cı ilin 20 yanvar günü müstəqillık və azadlıq uğrunda güclü imperiyaya qarşı müqavimət göstərərkən həlak olmuş, itkin düşmüş insanların xatirəsi günü kimi hər il dövlət səviyyəsində qeyd olunur. Ümumxalq hüzn günü ilə əlaqədar rayon sakinləri şəhərdəki Şəhidlər Xiyabanına ziyarətə gəlmişlər. Şəhidlərin ruhuna Qurani-Kərimdən surələr oxunmuşdur. Ziyarətə gələn insanlar xalqımızın azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılmış kompleksə gələrək, məzarlar önünə gül dəstələri düzmüşlər.

Azərbaycan QMƏVŞAİB-in Ağcabədi rayon filialı xalqımıza, millətimizə dərin hüznlə baş sağlığı verir. Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda canlarını fəda etmiş hər bir şəhidimizin əbədi ruhu qarşısında baş əyirik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок