Son Xəbərlər:
Ağcabədi rayonunda Qarabağ müharibəsi veteranları və əlilləri N saylı hərbi hissənin qonağı olmuşlar.

Ağcabədi rayonunda Qarabağ müharibəsi veteranları və əlilləri N saylı hərbi hissənin qonağı olmuşlar.

2018-ci il mayın 28-də Azərbaycan Xalq Cumhuriyətinin 100 illiyi münasibətilə Azərbaycan QMƏVŞAİB Ağcabədi filialının təşkilatçılığı ilə N saylı hərbi hissədə Qarabağ müharibəsi veteranları ilə görüş keçirilmişdir.
Görüşdə filialın sədri İsmayıl Məhərrəmov, Ağcabədi Ağsaqqallar Şuraeının sədri, Qarabağ muharibəsi veteranı, Əlizadə Nəcəfov, veteranlar Çingiz Hüseynov, Arzu Həsənov, Mehdi Məmmədov, Mehman Novruzov hərbi hissə komandanlığı tərəfindən Fəxri fərmanla təltilf olunmuşlar.
İsmayıl Məhərrəmov hərbi hissə komandanlığına görüşün təşkilində göstərdikləri köməyə görə öz dərin minnətdarlığımıı bildirir.

Mayın 26-da Azərbycan QMƏVŞAİB Ağcabədi filialında bir qrup Qarabağ muharibəsi veteranı və əlili – Əıizadə Nəcəfov, Çingiz Hüseynov, Arzu Həsənov, Mehdi Məmmdəov, Rafiq Vediyev və Mehman Novruzov ictimai birliyin təsis etdiyi «Vətənpərvərlik işində xidmətlərinə görə » medalı ilə təlfit olunmuşlar. Mehman Novruzov bu münasibətlə öz çıxışında demişdir: “Bizə təqdim olunan medal bütün döyüşçülərə, komandirlərə verilən yüksək qiymətdir. Biz medal üçün deyil, Vətən qarşısında tükənməyən borcumuz üçün çalışırıq. Bizim savaşımız bitməyib. Bu gün təbliğat meydanında, sabah isə əlimizdə silah, yenə də səngərdə olacağıq. Bizə göstərilən yüksək etimada görə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin rəhbərliyinə, başda cənab Mehdi Mehdiyev olmaqla dərin təşəkkürümüzü bildiririk”.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок