HomeDünya xəbərləriABŞ İranla bağlı sanksiyaları artırıb…

ABŞ İranla bağlı sanksiyaları artırıb…

ABŞ İranla bağlı sanksiyaları artırıb…

Bu barədə Vestifinance.ru ABŞ Maliyyə Nazirliyinin (OFAC) mətbuat xidmətindən verilən məlumata əsasən xəbər yayıb.

Bildirilir ki, rəsmi Vaşinqton sanksiya siyahısına İran İslam Respublikası ilə əlaqəli iki şəxs və altı şirkəti də daxil edib.

Xüsusilə “Triliance Petrochemical” şirkəti ilə əlaqəsi olan  İran vətəndaşı Əli Bayandoran, həmçinin, “Shandong Qiwangwa Petrochemical Co.” şirkəti ilə əlaqəli Çin vətəndaşı Çji Çinvanqa qarşı məhdudiyyətlər tətbiq edilib. Şirkətlər isə qara siyahıya salınıb.

“Beneathco DMCC” , “ОАЭ” və Çinə məxsus digər üç şirkət – “Jiaxiang Industry Hong Kong Limited”, “Peakview Industry Co. Limited”, “Sage Energy HK Limited” İrana məxsus nefti ixrac etdiklərinə görə fəaliyyətlərinə qadağa qoyulub.

Mənbə: pia.az