Son Xəbərlər:

Birliyimiz haqqında

Birliyin məqsədi, fəaliyyət prinsipləri və vəzifələri:

  • Birliyin məqsədi Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin və veteranlarının qanuni mənafelərini və hüquqlarını müdafiə etməkdir, onların müasir həyat şəraitinə uyğunlaşdırılmasına, sosial-iqtisadi və mənəvi probremlərinin daha səmərəli həll olunmasına köməklik göstərmək, onların əməkdaşlığını və qarşılıqlı əlaqələrini möhkəmləndirməkdən ibarətdir.
  • birliyin fəaliyyəti aşağıdakı prinsiplər üzrə qurulur:

—         insan və vətəndaş hüquqlarına riayət olunması;

—         müharibə əlilləri, şəhid ailələri və veteranların maraqlarının müdafiə edilməsi;

—         onların zəruri tələbat və ehtiyaclarının nəzərə alınması

—         onlara sosial uyğunlaşma tədbirlərində üstünlük verilməsi

—         Qarabağ müharibəsi əlillərinin, şəhid ailəsi və veteranlarının mövcud problemlərinin aidiyyatı orqanlara və KİV vasitəsi ilə ictimaiyyətə çatdırılması;

—         Dövlətin yaratdığı imkan və güzəştlərdən bütün Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin, veteranlarının və digər bu kateqoriyalardan olan şəxslərin bərabər və ədalətli bəhrələnməsi.

—         Onların hüquq və mənafelərinin etibarlı şəkildə qorunmasına şəraitin yaranması.

Birliyin vəzifələri və hüquqları:

  • Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin, veteranlarının hüquq və maraqlarının qorunması üçün qanunvericilikdə və mövcud olan Nizamnamə ilə nəzərdə tutulmuş bütün vasitə və müdafiə üsullarından istifadə etmək;
  • Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin, veteranlarının hüquq və maraqlarının qorunması üçün dövlət, hakimiyyət və idarəetmə orqanları qarşısında vəsatət qaldırmaq;
  • Maddi və mənəvi yardım göstərmək;
  • Yerlərdə fəaliyyətini qurmaq üçün şəhər, rayon, qəsəbə və kəndlərdə  yerli filiallarını və nümayəndəliklərini yaratmaq;
  • Əlillərin, şəhid ailələrinin, veteranların ictimai mühitə uyğunlaşması üçün elmi-metodiki prinsipləri işləyib hazırlamaq;
  • Onlara sosial xidmət göstərilməsinə yardım edilməsi və bu xidmətin keyfiyyətinin yoxlanılması;
  • Sosial xidmətlərini həyata keçirən orqanlara, həmçinin, dövlət hakimiyyət və idarəetmə orqanlarının bütün səviyyələrinə sosial xidmətin yaxşılaşdırılması barədə tələb və təklifə müraciət etmək;
  • Sosial xidmətlərin göstərilməsi hüquqları, vızifələri və şərtləri barədə məlumat edir və verir, onların  səhhətinı, peşə bacarığına uyğun iş tapmaqda köməklik göstərir;
  • Öz məqsədləri və fəaliyyət istiqamətləri barədə sərbəst şəkildə məlumat yayır;
  • Seminarlar, kurslar, mühazirələr, dəyirmi masalar təşkil edir və keçirilməsini təmin edir;
  • Yarmarkalar, sərgilər konsertlər, ədəbi-bədii gecələr və digər mədəni-kütləvi tədbirlər keçirmək;
  • Xeyriyyə marafonları keçirmək;
  • Operativ telefon köməyi və məsləhət xidmətlərinin işini təşkil edir;
  • Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin və veteranlarının emosional, psixoloji, və fiziki bərpası üçün müvafiq tədbirlər həyata keçirir;
  • Əlillər, şəhid ailələri, veteranlar ilə əlaqədər qanunvericilkdə nəzərdə tutulmuş qaydada dövlət hakimiyyət və özünü idarəetmə orqanlarının qərarlarının işlənib hazırlanması təşəbbüsü ilə çıxış edir, təkliflər verir;
  • Kütləvi informasiya vasitələri təsis edir və nəşriyyat fəaliyyərini həyata keçirir;
  • İctimai həyatın müxtəlif məsələləri üzrə rəyini bildirir, dövlət hakimiyyət orqanları qarşısında müxtəlif təkliflərlə çıxış edir;
  • “Qeyri-hökumət təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş səlahiyyətlərindən tam həcmdə istifadə edir;
  • Qarabağ müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinin ehtiyaclarını nəzərə almaqla öz fəaliyyətini sərbəst şəkildə planlaşdırır  və inkişaf perspektivlərini təyin edir;
  • Birlik öz adından əqdlər, müqavilələr, kontraktlar, sazişlər və s. bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və daşımaq, məhkəmədə və İqtisad Məhkəməsində iddiaçı və cavabdeh qismində iştirak etmək, Birliyin hüquqi statusundan irəli gələn və qanunvericiliyə zidd olmayan digər hərəkətlər etmək hüququna malikdir;.

Birliyə üzvlük

  • Birliyə təşkilatın nizamnaməsini qəbul edən Qarabağ müharibəsi əlilləri,  şəhid ailələri, müharibə veteranları, və onlara bərabər tutulan şəxslər üzv ola bilər

Birliyin idarəetmə orqanları:

  • Qurultay
  • İdarə Heyəti
  • Mərkəzi Nəzarət-Təftiş Komisiyası

Birlik 14 fevral 2001-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır.

İCTİMAİ BİRLİK:

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок