Birliyin məqsədi, fəaliyyət prinsipləri və vəzifələri:
- Birliyin məqsədi Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin və veteranlarının qanuni mənafelərini və hüquqlarını müdafiə etməkdir, onların müasir həyat şəraitinə uyğunlaşdırılmasına, sosial-iqtisadi və mənəvi probremlərinin daha səmərəli həll olunmasına köməklik göstərmək, onların əməkdaşlığını və qarşılıqlı əlaqələrini möhkəmləndirməkdən ibarətdir.
- birliyin fəaliyyəti aşağıdakı prinsiplər üzrə qurulur:
– insan və vətəndaş hüquqlarına riayət olunması;
– müharibə əlilləri, şəhid ailələri və veteranların maraqlarının müdafiə edilməsi;
– onların zəruri tələbat və ehtiyaclarının nəzərə alınması
– onlara sosial uyğunlaşma tədbirlərində üstünlük verilməsi
– Qarabağ müharibəsi əlillərinin, şəhid ailəsi və veteranlarının mövcud problemlərinin aidiyyatı orqanlara və KİV vasitəsi ilə ictimaiyyətə çatdırılması;
– Dövlətin yaratdığı imkan və güzəştlərdən bütün Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin, veteranlarının və digər bu kateqoriyalardan olan şəxslərin bərabər və ədalətli bəhrələnməsi.
– Onların hüquq və mənafelərinin etibarlı şəkildə qorunmasına şəraitin yaranması.
Birliyin vəzifələri və hüquqları:
- Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin, veteranlarının hüquq və maraqlarının qorunması üçün qanunvericilikdə və mövcud olan Nizamnamə ilə nəzərdə tutulmuş bütün vasitə və müdafiə üsullarından istifadə etmək;
- Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin, veteranlarının hüquq və maraqlarının qorunması üçün dövlət, hakimiyyət və idarəetmə orqanları qarşısında vəsatət qaldırmaq;
- Maddi və mənəvi yardım göstərmək;
- Yerlərdə fəaliyyətini qurmaq üçün şəhər, rayon, qəsəbə və kəndlərdə yerli filiallarını və nümayəndəliklərini yaratmaq;
- Əlillərin, şəhid ailələrinin, veteranların ictimai mühitə uyğunlaşması üçün elmi-metodiki prinsipləri işləyib hazırlamaq;
- Onlara sosial xidmət göstərilməsinə yardım edilməsi və bu xidmətin keyfiyyətinin yoxlanılması;
- Sosial xidmətlərini həyata keçirən orqanlara, həmçinin, dövlət hakimiyyət və idarəetmə orqanlarının bütün səviyyələrinə sosial xidmətin yaxşılaşdırılması barədə tələb və təklifə müraciət etmək;
- Sosial xidmətlərin göstərilməsi hüquqları, vızifələri və şərtləri barədə məlumat edir və verir, onların səhhətinı, peşə bacarığına uyğun iş tapmaqda köməklik göstərir;
- Öz məqsədləri və fəaliyyət istiqamətləri barədə sərbəst şəkildə məlumat yayır;
- Seminarlar, kurslar, mühazirələr, dəyirmi masalar təşkil edir və keçirilməsini təmin edir;
- Yarmarkalar, sərgilər konsertlər, ədəbi-bədii gecələr və digər mədəni-kütləvi tədbirlər keçirmək;
- Xeyriyyə marafonları keçirmək;
- Operativ telefon köməyi və məsləhət xidmətlərinin işini təşkil edir;
- Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin və veteranlarının emosional, psixoloji, və fiziki bərpası üçün müvafiq tədbirlər həyata keçirir;
- Əlillər, şəhid ailələri, veteranlar ilə əlaqədər qanunvericilkdə nəzərdə tutulmuş qaydada dövlət hakimiyyət və özünü idarəetmə orqanlarının qərarlarının işlənib hazırlanması təşəbbüsü ilə çıxış edir, təkliflər verir;
- Kütləvi informasiya vasitələri təsis edir və nəşriyyat fəaliyyərini həyata keçirir;
- İctimai həyatın müxtəlif məsələləri üzrə rəyini bildirir, dövlət hakimiyyət orqanları qarşısında müxtəlif təkliflərlə çıxış edir;
- “Qeyri-hökumət təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş səlahiyyətlərindən tam həcmdə istifadə edir;
- Qarabağ müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinin ehtiyaclarını nəzərə almaqla öz fəaliyyətini sərbəst şəkildə planlaşdırır və inkişaf perspektivlərini təyin edir;
- Birlik öz adından əqdlər, müqavilələr, kontraktlar, sazişlər və s. bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və daşımaq, məhkəmədə və İqtisad Məhkəməsində iddiaçı və cavabdeh qismində iştirak etmək, Birliyin hüquqi statusundan irəli gələn və qanunvericiliyə zidd olmayan digər hərəkətlər etmək hüququna malikdir;.
Birliyə üzvlük
- Birliyə təşkilatın nizamnaməsini qəbul edən Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, müharibə veteranları, və onlara bərabər tutulan şəxslər üzv ola bilər
Birliyin idarəetmə orqanları:
- Qurultay
- İdarə Heyəti
- Mərkəzi Nəzarət-Təftiş Komisiyası
Birlik 14 fevral 2001-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır.
İCTİMAİ BİRLİK: