Son Xəbərlər:
Azərbaycan QMƏVŞAİB-in Nizami rayon filialının üzvləri Milli Qəhrəman Mübariz İbrahimovu yad etdilər

Azərbaycan QMƏVŞAİB-in Nizami rayon filialının üzvləri Milli Qəhrəman Mübariz İbrahimovu yad etdilər

18 iyun Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ibrahimovun şəhadətə qovuşduğu gündür. Onun şəhidlik zirvəsinə ucalmasından 9 il ötür…

Azərbaycan QMƏVŞAİB-in Nizami rayon filialının üzvlərinin bir qrupu – şəhid ailələri və Qarabağ müharibəsi əlilləri Mübariz İbrahimovun məzarını ziyarət edərək üzərinə tər qərənfillər düzmüşlər. Çıxış edənlər Mübariz İbrahimovun keçdiyi həyat yolundan bəhs etmiş, onun həyatının hamı üçün örnək olduğunu bildirmişlər.

Mübariz İbrahimovun Biləsuvarda yaşayan ailəsini ölkəmizin hər yerindən ziyarət edirlər. Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının üzvləri də tez-tez şəhid ailəsinin qonağı olur, onların məişəti ilə maraqlanırlar.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок