Son Xəbərlər:
8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə şəhid ailələri ilə görüş

8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə şəhid ailələri ilə görüş

2019-cu il martın 6-sı Azərbaycan QMƏVŞAİB-in konfrans zalında şəhid anaları və həyat yoldaşları ilə 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə ictimai birliyin sədri Mehdi Mehdiyev açmışdır. O, tədbir iştirakçılarını salamlamış, son zamanlar Azərbaycan Respublikasının Prezidenti cəbab İlham Əliyevin imzaladığı sosial yönümlü fərman və sərəncamlardan danışmış, həssas kateqoriyadan olan insanların, xüsusilə də şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin qarşılaşdığı problemlərin daim dövlət başçısının nəzarətində olduğunu vurğulamışdır.

Tədbir zamanı şəhid ailələri mövcud olan problemlərdən söz açmış, bu problemlərin çox vaxt yerli məmurlar tərəfindən süni olaraq yaradılmasını vurğulamışlar. Milli Qəhrəman Rafiq Alıcanovun həyat yoldaşı Bədurə Alıcanova öz çıxışında şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışaraq, Azərbaycan Respublikasının Prezidenti cənab ilhan Əliyevə şəhid ailıələri adından öz minnətdarlığını bildirmiş və həmişə ona apardığı uğuru siyasətdə dəstək olacaqlarını söyləmişdir.

Görüşün sonunda xatirə şəkilləri çəkilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок