Son Xəbərlər:
29 noyabr 2018-ci il tarixdə Azərbaycan QMƏVŞAİB Qaradağ rayon filialının hesabat yığıncağı keçirilmişdir

29 noyabr 2018-ci il tarixdə Azərbaycan QMƏVŞAİB Qaradağ rayon filialının hesabat yığıncağı keçirilmişdir

Tədbir Azərbaycanın Dövlət Himni ilə başlamış, Ulu öndər və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Yığıncaqda Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Qaradağ rayon filialının sədri Maqsud Heydərov hesabatla çıxış etmişdir. O, çıxışında hesabat dövrü ərzində filialın fəaliyyəti haqqında ətraflı məlumat vermiş, dövlətin müharibə əlillərinə, veteranlara və şəhid ailələrinə göstərdiyi qayğıdan danışmışdır.

Yığıncaqda  il ərzində keçirilən tədbirlərdən hazırlanmış videoçarx nümayiş edilmişdir.Məruzə ətrafında çıxış edənlər rayon filialının fəaliyyətindən danışmış və gələcək işlərində uğurlar arzulamışlar. QMƏVŞAİB-in sədr müavini Şura Musayev  çıxış edərək filialın illik fəaliyyətini yüksək qiymətləndirmişdir.

Tədbirin sonunda  yubiley döğum günləri  olan əlillər təbrik edilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок