Son Xəbərlər:
26 Iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü Nizami rayonunda silsilə tədbirlərlə qeyd edilir

26 Iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü Nizami rayonunda silsilə tədbirlərlə qeyd edilir

2019-cu il iyunun 24-ü YAP Nizami rayon təşkilatının inzibati binasında Nizami rayon İcra Hakimiyyətinin, YAP Nizami rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami şöbəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.

Tədbirdə Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz xanım İsrafilova, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri polkovnik Həbib Məmmədov və  Zümrüd xanım, SHXÇDX-nin Nizami rayon şöbəsinin məsul işçisi Aqşin muəllim, Azərbaycan QMƏVŞAİB-in Nizami rayon filialının sədri Məhi Mehtiyev və rayonun digər idarə və müəssisə rəhbərləri iştirak etmişlər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок