Son Xəbərlər:
2019-cu il yanvarın 4-ü Milli qəhrəman Etibar İsmayılovun anım günüdür.

2019-cu il yanvarın 4-ü Milli qəhrəman Etibar İsmayılovun anım günüdür.

Etibar Bəylər oğlu İsmayılov 1964-cü il martın 29-u Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuşdur. 1981-ci ildə orta məktəbi bitirmişdir. 1990-cı il o, könüllü olaraq müdafiə batalyonlarından birinə yazılır.

Sonralar o, bir neçə batalyonda düşmənlə vuruşmuşdur. Ağdam batalyonunda o, kəşfiyyata gedər, mühüm məlumatlar əldə edərdi. 1994-cü il yanvarın 4-ü Etibarın tərkibində olduğu tabor yeni tapşırıq alır: Xocavənd rayonunda mövqe tutan erməni qəsbkarlarının arxasına keçmək və məlumat əldə etmək. Əməliyyat zamanı onlar mühasirəyə düşürlər. Etibar döyüşçü dostlarını xilas etmək üçün əlindəki sonuncu qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atır. Erməni faşistlərinin tankı ekipajla birlikdə məhv edilir.

Onun bu qəhrəmanlığı dildən-dilə düşdü.

Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il 86 saylı Fərmanı ilə İsmayılov Etibar Bəylər oğluna «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir (ölümündən sonra).

Cəsədi döyüş meydanında qalmışdır…

2019-cu il yanvarın 4-ü Hindarx qəsəbəsində yerləşən Şəhdlər Xiyabanında Ağcabədi rayon İcra Hakimiyyətinin, Azərbaycan QMƏVŞAİB-in, YAP Ağcabədi rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin və ziyalıların iştrakı ilə qəhrəmanımızın xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.

Çıxış edənlər Etibar İsmayılovun döyüş yolundan,vətənpərvərliyindən danışmış, döyüş yoldaşları onun qəlblərdə daim yaşayacağını qeyd etmişlər.

Məktəblilər Milli qəhrəmanımıza həsr olunmuş şeir kompozisiyası ilə çıxış etdilər.

Bir daha vurğulandı ki, ağcabədililər Ali Baş Komandan İlham Əliyev cənablarının hücüm əmrinə hər an hazırdırlar.

Azərbaycan Respublikasının  müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan döyüşçülərin ruhlarına dualar oxundu.

Allah rəhmət eləsin.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок